main-post-cover

    Huawei şirkətinin P30 flaqman seriyasının təqdimat tarixi məlum oldu

    Elm & Texnologiya
    19.02.2019
    Farid Pardashunas
        İnternetdə Huawei şirkətinin yeni flaqman smartfon seriyası olan P30-un təqdimat tarixi ortaya çıxıb. Belə ki, Çinin Weibo adlı sosial şəbəkəsində təqdim olunmuş videoya əsasən yeni P30 smartfon seriyası 26 mart tarixində təqdim ediləcək. Təqdimat tədbiri Parisdə keçiriləcək. Bu barədə Gagadget saytı xəbər verib. Həmin video artıq digər sosial şəbəkələrdə də yayılıb. Beləliklə son məlumat sızıntılarına əsasən sözügedən smartfon seriyasına 3 cihaz daxil olacaq: P30, P30 ProP30 Lite. Smartfonlar Elle, VogueMarie Claire kod adlarına sahibdirlər.

        Təəssüflər olsun ki, Lite versiya barəsində demək olar ki, məlumat yoxdur. Lakin yerdə qalan iki smartfon modeli barəsində bəzi məlumatlar var. P30 və P30 Pro modelləri OLED ekranlara sahib olacaqlar. P30 modeli 6.1 düym ekran, P30 Pro modeli isə 6.5 düym ekran ilə təchiz olunacaq. Hər iki smartfon Kirin 980 prossessoruna və 8/12 GB RAM-a sahib olacaq. P30 modeli üçlü arxa kamera ilə təchiz olunmalıdır. P30 Pro modeli isə daha təkmilləşdirlmiş kamera modullarına sahib olacaq. Məlumata əsasən P30 Pro-da olacaq kamera modullarından biri yüksək optik zoom üçün nəzərdə tutulacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər