main-post-cover

    Huawei şirkətinin təsisçisi ABŞ ilə bağlı məsələyə aydınlıq gətirib

    Elm & Texnologiya
    22.05.2019
    Farid Pardashunas
        Huawei şirkəti artıq rəsmi olaraq Google şirkəti ilə əməkdaşlığın dayandırılmasına və Android sistemindən istifadənin qeyri mümkünlüyü vəziyyətinə açıqlamasını verib. Lakin şirkətin təsisçisi özü şəxsən bu məsələyə aydınlıq gətirib. Bu barədə Globaltimes saytına istinadən 4pda saytı xəbər verib. Şirkətin Cənubi Çinin Quandun əyalətinin Şençjen şəhərindəki baş ofisində keçirilmiş press-konfrans zamanı Huawei şirkətinin təsisçisi Ren Zhengfei bildirib ki, ABŞ tərəfindən olan sanksiyalar onları qorxutmur. Belə ki, şirkət bu cür ehtimalın olacağına çoxdan hazırlaşıb.

        Huawei öz məhsullarını və xidmətlərini təqdim etməyə davam edəcək. Sanksiyalar isə şirkət biznesinə heç cür zərər verməyəcəklər. O həmçinin qeyd edib ki, hal hazırda ABŞ şirkətləri hökuməti Huawei ilə əməkdaşlığın yenidən bərpa olunması üçün dilə tuturlar. “Bu cür kritik vəziyyətdə mən ABŞ şirkətlərinə minnətdram. Onlar Huawei şirkətinin inkişafına böyük töhfə veriblər və bu vəziyyətdə xoş niyyətlərini sərgiləyiblər” - deyə Ren Zhengfei bildirib. Məlumata əsasən Huawei şirkəti bu cür halın baş verəcəyinə çoxdan hazır idi. Buna görə də şirkət öz daxilində fərdi əməliyyat sistemini yaradırdı.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər