Huawei şirkətinin yaradıcısı Apple şirkətinin məhsullarının Çində qadağasına qarşı çıxdı
Elm & Texnologiya
27.05.2019
Farid Pardashunas
Huawei şirkətinin təsisçisi və general direktoru olan Ren Zhengfei əmindir ki, Çin hökuməti Apple şirkətinin məhsullarına qadağa qoymayacaq. Lakin bunun baş verəcəyi halda o bu qərara qarşı çıxacaq ilk şəxs olacaq. Bu barədə o, Bloomberg Television-a müsahibəsində qeyd edib. Bu barədə Vc.ru saytı xəbər verib. Huawei şirkətinin yaradıcısı Apple şirkətini öz müəllimi adlandırıb. “Bir tələbə kimi mən öz müəllimimə qarşı gedə bilərəm? Heç zaman” - deyə Ren Zhengfei müsahibə zamanı bildirib.
Onun sözlərinə əsasən ABŞ hökumətinin Huawei-yə qadağa qoyması müəyyən müddətlik şirkətin inkişafını ləngidə bilər. Lakin o əmindir ki. şirkət smartfon və 5G bazarında liderliyini qoruyub saxlamaq üçün lazımi yolları tapacaq. “Bu, mühəndislərimizin təyyarəni necə tez təmir edəcəklərindən asılıdır. Onların hansı materialdan istifadə etmələri önəmli deyil. Bunun metaldan, parçadan və ya kağızdan asılı olmamasına baxmayaraq yeganə məqsəd təyyarəni havada saxlamaqdır” - deyə Ren Zhengfei bildirib.
Qeyd etmək lazımdır ki, 16 may tarixində ABŞ hökuməti Huawei şirkətini qara siyahıya salmışdı. Beləliklə hökumət Huawei-yə ABŞ şirkətlərindən aparat və proqram təminatı məhsullarının xüsusi icazəsiz alışına qadağa qoymuşdu. Bunun nəticəsində Google, Intel, Qaulcomm, ARM və Broadcom kimi şirkətlər Huawei ilə əməkdaşlıqlarını dayandırdılar.
Bununla yanaşı şirkətlə həmçinin SD Association təşkilatı da əməkdaşlığı dayandırdı. Bu səbəblə şirkət öz gələcək məhsullarında microSD kartlardan istifadə edə bilməyəcək. 21 may tarixində ABŞ hökuməti Huawei-yə və onun strukturuna daxil olan digər şirkətlərə ABŞ regionunda çalışmaq üçün 90 günlük lisenziya vermişdi. Həmin lisenziya 19 avqust tarixinə kimi etibarlıdır. Bütün bu hadisələrdən sonra Huawei şirkəti elan etdi ki, o artıq bu il öz smartfonlarında Android ilə Windows-u əvəz edəcək fərdi əməliyyat sistemini istifadəyə verməyə hazırdır.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!