main-post-cover

    Huawei şirkətinin yaradıcısı: 'Google şirkəti 800 milyon Android istifadəçisini itirə bilər'

    Elm & Texnologiya
    27.06.2019
    Farid Pardashunas
        Huawei ilə ABŞ hökuməti arasındakı əlaqələr gərginləşməyə davam edir. CNBC jurnalisti ilə müsahibəsi zamanı Huawei şirkətinin yaradıcısı Ren Zhengfei ABŞ hökumətinin öz sanksiyalarını ləğv etməyəcəyi halında Google şirkətini hansı nəticələrin gözləyəcəyi barəsində danışıb. Bu barədə 4pda saytı xəbər verib. Qeyd etmək lazımdır ki, may ayının ortasında ABŞ-ın ticarət nazirliyi Huawei şirkətini qara siyahıya saldı. Buna səbəb isə şirkətin ABŞ-ın milli təhlükəsizliyinə qarşı göstərdiyi potensial təhlükə mənbəyidir.
        Bu səbəbdən Google şirkəti ABŞ hökumətinin yeni qanununa uyaraq Huawei şirkətindən Android əməliyyat sisteminin istifadəsi lisenziyasını geri aldı. Daha sonra Google ilə Huawei arasındakı əlaqələr getdikcə yoluna düşməyə başlasa da Huawei öz əməliyyat sisteminin istifadəyə verilməsinə hazırlaşmağa başladı. CNBC jurnalisti ilə müsahibəsi zamanı Ren Zhengfei bildirib ki, əgər Huawei Android əməliyyat sistemindən imtina etsə, Google şirkəti təqribi olaraq 700-800 milyon istifadəçi itirəcək.
        “Google ilə Huawei həmişə ortaq maraqların olduqları yerdə olacaqlar. Lakin əgər biz Google sistemindən istifadə imkanını itirsək, Google şirkəti 700-800 milyon istifadəçini itirəcək” - deyə Ren Zhengfei öz müsahibəsində bildirib. May ayında keçirilmiş Google I/O 2019 tədbirində şirkət bildirmişdi ki, bütün dünya üzrə 2.5 milyarddan çox insan Android əməliyyat sistemli cihazlardan istifadə edir.
        Beləliklə burdan da belə qənaətə gəlmək olar ki, Huawei şirkəti ilə əlaqələrin tam kəsilməsi səbəbilə Google bu istifadəçilərin 1/3 hissəsini itirəcək. Hələ bir neçə müddət bundan öncə Huawei şirkətinin istehlakçı biznesinin rəhbəri Richard Yu bildirmişdi ki, onlar Google şirkətinin sistemindən imtina etmək istəmirlər və fərdi əməliyyat sistemini yalnız çıxılmaz vəziyyətdə qaldıqları zaman istifadəyə verəcəklər. Məlumata əsasən şirkətin fərdi əməliyyat sistemi olan HongMeng OS artıq bu ilin sonuna kimi Çində istifadəyə verilməlidir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər