main-post-cover

    Huawei şirkətinin yeni şarj texnologiyası 30 dəqiqəyə 100% enerji yığır

    Elm & Texnologiya
    13.07.2018
    Farid Pardashunas
        Huawei şirkəti smartfonlar üçün sürətli şarj texnologiyası üzərində çalışmağa davam edir. Keçən il şirkət 45 dəqiqə ərzində 100% enerji yığmağa qadir Honor Magic adlı smartfonu təqdim etmişdi. İndi isə şirkətin rekord zaman ərzində enerji yığa bilən şarj cihazı haqqında məlumatlar yayılıb. Belə ki, Çinin sertifikatlaşdırma mərkəzində şirkətin HW-100400C00 nömrəli yeni şarj cihazı barəsində məlumatlar ortaya çıxıb. Sözügedən cihaz indiyənə kimi Huawei tərəfindən satışa çıxarılmış smartfonların şarj cihazları arasında ən maksimal gücə sahibdir (40 Vatt). Beləliklə həmin şarj cihazı sayəsində smartfon 100% enerjini 30 dəqiqədən bir qədər çox müddətdə yığa bilər. Yeni sürətli enerji yığma texnologiyası şirkətin Oktyabr ayında təqdim edəcəyi Huawei Mate 20 smartfonunda tətbiq oluna bilər. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər