main-post-cover

    Huawei smartfonlarının ABŞ istehsalı komponentlərdən asılılıq səviyyəsi yoxlanılıb

    Elm & Texnologiya
    28.06.2019
    Farid Pardashunas
        Çin ilə ABŞ arasında olan ticarət müharibəsi smartfon istehsalı üçün ABŞ istehsalı olan komponentlərin çatışmazlığı cəhətdən Huawei şirkətini çətin vəziyyətdə qoyur. Bu iddianın aktuallığını Asiyanın ən böyük saytlarından biri olan Nikkei-nin jurnalistləri yoxlamaq qərarına gəliblər. Bu barədə 4pda saytı xəbər verib. Belə ki, onlar smartfon modelinin yığılmasının ABŞ sanksiyalarına düşmüş komplektasiyalarından nə dərəcədə asılı olduğunu yoxlamaq üçün Huawei şirkətinin flaqman smartfon modellərindən birini tamamilə hissələrə ayırıblar.

        Hissələrə ayrılmış smartfondan əldə olunmuş nəticələr çox gözlənilməz olub. Beləliklə smartfonun hissələrə ayrılması nəticəsində məlum olub ki, Huawei şirkətinin flaqman smartfon modelində olan ABŞ istehsalı komponentlərin sayı ümumi komponentlərin sayının 0.9%-ni təşkil edir. Siyahıya Micron şirkətinin RAM çipi, Skyworks Qorvo şirkətinin yarıkeçiriciləri və Corning şirkətinin istehsalı olan Gorilla Glass qoruyucu şüşəsi daxil olublar. Smartfon komplektasiyasının yarısından çoxu (53.2%) Yapon şirkətlərinin, 34.4%-i isə Koreya şirkətlərinin üzərlərinə düşürlər.

        Maraqlısı ondadır ki, smartfonun daxilində yerləşdirilmiş Huawei komplektasiyalarının sayı 4.9% təşkil edib. Smartfonun yığılmasında isə ümumilikdə 1600-dən çox müxtəlif komponentdən istifadə olunub. Smartfonda olan az sayda ABŞ istehsalı komponentlərin olmasına baxmayaraq Huawei şirkəti ABŞ sanksiyalarının qüvvəyə minməsindən sonra həmin komponentlərə alternativ variantlar axtarmalı olacaq. New York Times saytının məlumatına əsasən bəzi ABŞ şirkətləri dövlət qanunvericiliyində olan bəzi boşluqlardan istifadə edərək Huawei şirkəti ilə əməkdaşlığı davam etdirirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər