Logo
    main-post-cover

    Huawei süni zəka alqoritmlərinə sahib yeni smart televizorunun təqdimatını anons edib

        Huawei şirkəti Smart Screen S3 Pro adlı yeni smart televizorunun təqdimatını anons edib. Şirkət tərəfindən təqdim edilmiş təqdimat posterində yeni smart televizorun dizaynı və onun təqdimat tarixi əks olunub. Məlumatda qeyd edilib ki, Smart Screen S3 Pro-nun əsas özəlliklərindən biri də süni zəka alqoritmləri vasitəsilə çalışacaq kameraya sahib olacağıdır. Smart televizorun sahib olacağı kamera fərdi məşqçi rolunda çıxış edəcək və videozəng mövzusunda genişləndirilmiş imkanlar təqdim edəcək. Beləliklə Huawei öz yeni smart televizorunu 17 aprel tarixində Çində təqdim edəcək.
        Şirkətin təqdim etmiş olduğu posterdən də görmək olar ki, maksimal dərəcədə nazik çərçivələr hesabına televizorun ekranı ön sahəni bütövlüklə əhatə edəcək. Smart televizorun texniki özəllikləri barəsində məlumat verilməyib. Lakin məlumdur ki, Smart Screen S3 Pro təsvir keyfiyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutulmuş bir sıra texnologiyanı əldə edəcək. İnsayderlərin verdikləri məlumata əsasən televizorun sahib olacağı kamera süni zəka alqoritmləri vasitəsilə çalışacaq. Bunun sayəsində kamera videozənglər zamanı istifadəçinin göz hərəkətlərini izləyəcək və bunun əsasında düzgün kamera fokuslanmasını təmin edəcək. Bundan əlavə olaraq kamera istifadəçinin idman məşqləri zamanı onun hərəkətlərini monitorinq edəcək.
    Paylaş
    Bənzər xəbərlər