Huawei təkmilləşdirilmiş Face ID texnologiyasını patentləşdirib
Elm & Texnologiya
21.09.2023
Emil Nəcəfov
Huawei şirkətinin yeni patenti mobil cihazlarda istifadəçi üzünün skanı üçün nəzərdə tutulmuş təkmilləşdirilmiş texnologiyanı əhatə edir. Şirkətin daha əvvəlki oxşar texnologiyalarından patentdəki texnologiya bir qədər fərqlənir. Belə ki, patentə əsasən yeni təkmilləşdirilmiş texnologiya istifadəçini tanımaqla yanaşı onun niyyətlərini də təyin edə biləcək. Məsələn sözügedən texnologiya istifadəçinin smartfon ekranına baxan zaman smartfonun blokdan çıxarılmasını və ya sadəcə ekranda əks olunan saata nəzər yetirmək istəməsini anlayacaq.
Bu yeni texnologiyanın çalışma mexanizmi istifadəçinin smartfonu blokdan çıxarmaq istəməsi zamanı cihazın ön kamerası vasitəsilə ötürülən videonun analizinə əsaslanır. Videonun analizi zamanı xüsusi alqoritm istifadəçi gözlərinin istiqamətlənməsini təyin edəcək və əldə edilmiş məlumatları istifadəçinin ilk dəfə smartfonu blokdan çıxarması zamanı onun gözlərinin olmuş istiqamətlənməsi ilə müqayisə edəcək. Bu cür texnologiyanın Huawei cihazlarına nə zaman inteqrasiya ediləcəyi bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
iPhone 16 Pro Max-ın maya dəyəri məlum olub
HBO-dan tarixi bir açıqlama: Bitcoin-in qurucusunun kim olduğunu müəyyən etdik!