Logo
    main-post-cover

    Huawei və Çindən olan 89 şirkət mobil prosessorların yaradılması üçün birləşirlər

        Çinin smartfon istehsalçısı olan Huawei keçən il ABŞ sanksiyaları səbəbilə özünün Kirin prosessorlarının istehsalından məhrum olmuşdu. Buna cavab olaraq isə Huawei 90 şirkətdən ibarət olan konsorsiuma daxil olduğunu elan edib. Həmin konsorsiumun daxilində Xiaomi SMIC kimi şirkətlər var. Sözügedən konsorsiumun əsas məqsədi Çinin yarımkeçirici məhsullarının istehsalat sahəsinin bazardakı mövqelərini bərkitmək və ABŞ-ın prosessor istehsalçılarından asılılığı aradan qaldırmaqdır. Məlumata əsasən 90 şirkət inteqral sxemlərin standartlaşdırılması üzrə Milli texniki komitənin yaradılması üçün sorğu göndərib.
        Komitənin əsas məqsədi isə zəif sahələrin koordinasiya edilməsi və inteqral sxemlərin standartlaşdırılması üzrə işlərin inkişaf etdirilməsidir. Hal hazırda Çində yarımkeçirici məhsulların istehsalı ilə məşğul olan bir xeyli şirkət var. Lakin həmin istehsalçılar Xiaomi, ZTE və Huawei kimi şirkətlərin sorğularını təmin edə bilmirlər. Bundan əlavə olaraq ABŞ texnologiyalarının analoqlarının olmaması öz növbəsində Çinin yarımkeçirici məhsullar biznesinin ABŞ-dan asılı olmasına gətirib çıxardıb. Gözləntilərə əsasən Çindən olan 90 şirkətin bu təşəbbüsü yaxın illərdə yarımkeçirici məhsullar bazarında Çinin vəziyyətini yaxşıya doğru dəyişəcək.
    Paylaş
    Bənzər xəbərlər