Logo
    main-post-cover

    Huawei və ZTE texnologiyalarından imtina etmiş ölkələrdə 5G inkişafı ləngiyib

    Elm & Texnologiya
    03.08.2023
    Emil
        Almaniyanın DPA adlı xəbər agentliyinin və Böyük Britaniyanın Vodafone şirkətinin məlumatlarına əsasən Çinin HuaweiZTE şirkətlərinin təchizatlarından imtina öz növbəsində Almaniyada və digər Avropa ölkələrində 5G şəbəkələrinin inkişaflarına mənfi təsir göstərib. Məlumatda qeyd edilib ki, bu mövzuda Çin texnologiyalarının olmaması səbəbilə yaranmış mənfi hallar həm qısamüddətli həm də uzunmüddətli perspektivdə olduqları kimi qalacaqlar.
        Yaranmış mənfi hallar şəbəkə əlaqələrindəki mütəmadi kəsintilərə və mobil 5G şəbəkələrinin istifadəyə verilməsi prosesinin ləngiməsinə səbəb olacaqlar. Avropa Komissiyasının Avropa Birliyi regionundakı 5G şəbəkələrin vəziyyətləri ilə bağlı təqdim etmiş olduğu hesabata əsasən Belçika, İsveç, Rumıniya, Latviya və Estoniya əhalinin 5G şəbəkə ilə əhatəsi reytinqində sonuncu yerləri tutublar. Məhz bu ölkələr öz ərazilərində Huawei ilə ZTE-nin sistemlərindən imtina etmiş ilk Avropa ölkələri olublar.
    Paylaş
    Bənzər xəbərlər