Logo
    main-post-cover

    Huawei Watch 4 smart saatı qandakı şəkər miqdarını ölçə biləcək

    Elm & Texnologiya
    15.05.2023
    Emil
        Huawei şirkətinin 18 may tarixində keçirəcəyi növbəti təqdimat tədbiri çərçivəsində təqdim ediləcək yeni məhsullardan biri Huawei Watch 4 smart saatı olacaq. İndi isə şirkət sözügedən smart saatın sahib olacağı vacib özəllik barəsində məlumat verib. Beləliklə şirkət bildirib ki, Huawei Watch 4 istifadəçini qanda şəkər miqdarının yüksəlməsi və hiperqlikemiyanın inkişaf riski barəsində xəbərdar edə biləcək. Məlumdur ki, qandakı şəkər miqdarı barəsində məlumatlar ənənəvi qan analizi vasitəsilə təqdim edilməyəcək.
        Huawei Watch 4-ü əhatə edən reklam məqsədli posterdə smart saat istifadəçini xəbərdar edir ki, 1 həftəlik monitorinq nəticəsində hiperqlikemiya inkişafının orta riskini təyin edib. Verilmiş məlumata əsasən şirkət smart saatdakı bu yeni funksiyanı tibbi institutların iştirakı ilə birgə hazırlayıb. Hazırlanma prosesi çərçivəsində isə qandakı şəkər miqdarının analizi məsələsində 800 000 ədəd nümunə tədqiq olunub. Əgər bu funksiya deyildiyi vəziyyətdə reallaşdırılıbsa, deməli Huawei Watch 4 qandakı şəkər miqdarını ölçə biləcək ilk smart saat olacaq.
    Paylaş
    Bənzər xəbərlər