
Huawei Watch Buds smart saatının yeni real fotoları ortaya çıxıb
Elm & Texnologiya
02.12.2022
Emil
Huawei şirkətinin təqdimata hazırlaşan Watch Buds smart saatının real fotoları ortaya çıxıb. Qeyd etmək lazımdır ki, sözügedən smart saatın əsas özəlliyi ondan ibarətdir ki, onun gövdəsi daxilində kiçik ölçülü naqilsiz qulaqlıqlar var. Huawei Watch Buds əslində bugün təqdim olunmalı idi. Belə ki, Huawei bugün yeni təqdimat tədbirini keçirtməyi planlaşdırırdı. Lakin nəticədə Xiaomi kimi o da öz təqdimat tədbirini təxirə salmalı oldu. Ortaya çıxmış fotolardan da görmək olar ki, kiçik ölçülü naqilsiz qulaqlıqlar smart saatın ekranının alt hissəsində yerləşəcəklər. Xarici görünüşcə smart saat Huawei Watch GT seriyasını xatırladır. Huawei Watch Buds öz növbəsində istifadəçi səhhətinin müxtəlif göstəricilərini ölçə biləcək. Smart saatın texniki özəllikləri barəsində bir məlumat yoxdur. Çox güman ki. Watch Buds HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışacaq.



Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
