main-post-cover

    Huawei Watch GT 3 Pro smart saatı və Band 7 smart qolbağı təqdim edilib - QİYMƏTİ

    Elm & Texnologiya
    29.04.2022
    Emil Nəcəfov
        Huawei şirkəti Watch GT 3 Pro smart saatı ilə Band 7 smart qolbağını təqdim edib. Watch GT 3 Pro-nun gövdəsi premium materiallardan hazırlanıb və istifadəçi səhhətinin monitorinqi üçün nəzərdə tutulmuş çoxlu sayda sensor ilə təchiz olunub. Sözügedən smart saat 2 versiyada satılacaq. Onlardan biri 46 mm-lik gövdə ölçüsünə, digəri isə 43 mm-lik gövdə ölçüsünə sahibdir. 46 mm-lik ölçüyə sahib modelin gövdəsi titan materialdan, 43 mm-lik ölçüyə sahib modelin gövdəsi isə keramikadan hazırlanıb. 46 mm-lik ölçüyə sahib model 1.43 düym ekranla, 43 mm-lik ölçüyə sahib model isə 1.32 düym AMOLED ekranla təchiz olunub.
        Hər iki model yaqut şüşə örtüyünə sahibdir. Sözügedən modellər ekran və gövdə ölçülərindən əlavə olaraq çalışma müddətləri üzrə də fərqlənirlər. Belə ki, 46 mm-lik ölçüyə sahib model adi istifadə rejimində 14 gün ərzində, intensiv istifadə rejimində isə 8 gün ərzində çalışa bilir. 43 mm-lik ölçüyə sahib modelə gəldikdə isə o, adi istifadə rejimində 7 gün ərzində, intensiv istifadə rejimində isə 4 gün ərzində çalışa bilir. Sözügedən smart saatlar ürək döyüntüsü tezliyini, qandakı oksigen miqdarını ölçə bilirlər. Bununla yanaşı onlar elektrokardioqrafiya termometr sensorlarını da əldə ediblər.
        Watch GT 3 Pro həmçinin istifadəçinin yuxu keyfiyyətini və stress səviyyəsini monitorinq edə bilir. Smart saat 100-dən çox idman növünün dəstəyinə sahibdir. Əlavə olaraq Watch GT 3 Pro vasitəsilə smartfondakı musiqi playerini və kameraları idarə etmək olar. Smart saat ekranında isə hava proqnozu, zəngli saat, saniyə ölçən və s. göstəricilərin əks olunması imkanı reallaşdırılıb. Watch GT 3 Pro özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipi birləşdirir. Smart saat sürətli şarj texnologiyasını dəstəkləyir. Şirkətin verdiyi məlumata əsasən 10 dəqiqəlik şarj prosesi sayəsində smart saat 25% enerji yığa bilir. Watch GT 3 Pro HarmonyOS əməliyyat sistemi vasitəsilə çalışır. O, 5 may tarixində satışa çıxacaq. Titan gövdəyə sahib model 380$-a, keramik gövdəyə sahib model isə 455$-a satılacaq.
        Huawei Band 7 qolbağı uzun müddət ərzində çalışmaq imkanı və çoxlu sayda müxtəlif idman növünü dəstəkləməsi ilə diqqəti cəlb edir. Sözügedən smart qolbaq 1.47 düym AMOLED ekran ilə təchiz olunub. O, 96 idman növünün dəstəyinə sahibdir. Bununla yanaşı Band 7 ürək döyüntülərini, qandakı oksigen miqdarını ölçə və istifadəçinin yuxu keyfiyyəti ilə səhhətinin digər göstəricilərini monitorinq edə bilir. Smart qolbaqdakı alqoritmlər istifadəçinin ürəyində ola biləcək potensial problemlər barəsində ona bildirişlər göndərirlər. Bununla yanaşı Band 7 özündə kontaktsız ödənişlər üçün nəzərdə tutulmuş NFC çipini birləşdirir və bu smart qolbaq vasitəsilə smartfondakı musiqi playerini və kameraları idarə etmək mümkündür.
        Həmçinin smartfona daxil olmuş mesajlara sürətli cavab vermək və zəngləri qəbul və ya ləğv etmək imkanı da reallaşdırılıb. Adi istifadə rejimində Band 7 14 gün ərzində, intensiv istifadə rejimində isə 10 gün ərzində çalışa bilir. Bununla yanaşı smart qolbaq sürətli şarj texnologiyasını dəstəkləyir və onun sayəsində reallaşdırılmış 5 dəqiqəlik şarj prosesi çərçivəsində yığılmış enerji miqdarı smart saatın 2 gün ərzində çalışmasına şərait yaradır. Smart qolbaq 50 metr su dərinliyinə kimi tab gətirə bilir. Qeyd etmək lazımdır ki, Android 6.0-dan sonrakı Android və iOS 9.0-dan sonrakı iOS versiyaları ilə çalışan cihazların sahibləri Huawei Band 7-dən istifadə edə bilərlər. Adi Band 7 modeli 40$-a, NFC dəstəkli Band 7 modeli isə 47$-a satılır.
    Linki kopyala