main-post-cover

    Huawei, Xiaomi, OPPO və Vivo şirkətləri Google Play-in rəqibini yaratmaq üçün birləşdilər

    Elm & Texnologiya
    07.02.2020
    Farid Pardashunas
        Bir çox Android istifadəçiləri üçün Google Play online mağazası sözügedən əməliyyat sisteminin ayrılmaz hissəsidir. Lakin Çində tətbiqlər çox zaman kənar servislər vasitəsilə yayılırlar. Görünür, bu cür vəziyyət həmçinin Çindən kənarda da baş verə bilər. Hər halda Huawei, Xiaomi, OPPOVivo şirkətləri bunu reallaşdırmaq niyyətindədirlər. Bu barədə Phonearena saytı xəbər verib. Beləliklə Çinin ən böyük smartfon istehsalçıları olan Huawei, Xiaomi, OPPO və Vivo şirkətləri birlikdə Global Developer Service Alliance (GDSA) adlı yeni təşkilatı yaratdıqlarını elan ediblər.
        Bu təşkilatın əsas məqsədi Çindən kənarda mobil tətbiqlərin yayılmasını reallaşdıracaq platformanın hazırlanması və inkişaf etdirilməsidir. Adları sadalanmış şirkətlər sözügedən platformanı artıq bu ilin mart ayında istifadəyə verməyi planlaşdırırlar. İlkin növbədə həmin platforma Asiya və Avropa ölkələri üçün nəzərdə tutulacaq. Çindən olan şirkətlərin Google Play ilə necə rəqabət aparacaqları məlum deyil. Belə ki, Google Play-də artıq milyonlarla tətbiq mövcuddur.
        Üstünlük kimi GDSA platforması bütün alışlardan az komissiya faizi təklif edə bilər. Belə ki, Google Play-ə tətbiq yükləyən zaman tərtibatçılar Google şirkətinə istifadəçilərin tətbiq daxilində etdikləri hər alışdan 30% komissiya ödəməlidirlər. Qeyd etmək lazımdır ki, Huawei şirkəti AppGallery adlı fərdi online mağazasına sahibdir. Şirkət ondan Google Play-ə alternativ kimi istifdə edir və şirkətin verdiyi məlumata əsasən AppGallery aylıq 390 milyon aktiv istifadəçi kütləsinə sahibdir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər