main-post-cover

    Huawei Y6 Pro (2017) təqdim edildi

    Elm & Texnologiya
    14.10.2017
    Orxan Jafarli
    Mate 10 modelinin təqdimatına saylı günlər qala, yeni smartfonlarını istifadəçilər ilə görüşdürməyə davam edən Huawei, Honor 7X-in ardından daxil səviyyəsi bir təchizata sahib olan Y6 Pro (2017) modelini təqdim etdi.
    Əvvəlki modeldə istifadə olunan Mediatek prosessorundan fərqli olaraq, Huawei Y6 Pro (2017) prosessor tərəfində Qualcomm seçimi edilib.
    Qualcomm Snapdragon 425 prosessordan güc alan smartfon, 2 GB RAM və 16 GB daxili yaddaş sahəsi ilə birlikdə istifadəçilərin qarşısına çıxır.
    28 nm fabrika müddəti ilə çıxarılan və 1.4 GHz sürətində işləyən dörd ədəd Cortex A53 nüvəsinə ev sahibliyi edən prosessor Adreno 308 qrafik vahidi ilə birlikdə, Snapdragon X6 LTE modemi ilə təchiz edilib.
    5 inç böyüklüyündə 720p keyfiyyət əmsalı təqdim edən ekranın iştirak etdiyi yeni telefonda, əvvəlki modeldə istifadə edilən 4000 mAh-lık batareyaya ilə müqayisədə çox daha aşağı bir səviyyədə olan 3020 mAh tutumlu bir batareya yer alır.
    Arxa tərəfində daxil səviyyəsi smartfonlarda vərdiş etmədiyimiz bir barmaq izi skanı və 13 MP dəqiqliyində bir kamera ilə təchiz olunan smartfon, ön tərəfində isə 5 MP-lik bir kamera iştirak edir.
    Android 7.0 Nougat ilə qutudan çıxan və 179 Avro qiymət etiketinə sahib olan Huawei Y6 Pro (2017) Avropa daxilində istifadəçilərə təqdim ediləcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər