main-post-cover

    Huawei'yə dəstək: Çində olan bir şirkət iPhone işlədən işçiləri cəzalandırmağı qərara alıb

    Elm & Texnologiya
    24.12.2018
    Farid Pardashunas
        Çində olan texnoloji şirkətlərdən biri iPhone və ya Apple şirkətinin digər məhsullarını istifadə edən işçiləri əlavə ödənişlərdən və karyera yüksəkliyi imkanından məhrum etməyi qərara alıb. Bu barədə Quartz saytı Çinin Qianjiang Evening News adlı qəzetinə istinadən xəbər verib. Məlumata əsasən bu üsulla şirkət Huawei-yə dəstək verməyə çalışır.
        Belə ki, bir neçə müddət bundan öncə Huawei şirkətinin maliyyə direktoru Meng Wanzhou ABŞ-ın tələbi ilə Kanadada həbs edilmişdi. O, ABŞ-ın İrana qarşı sanksiyaların olmasına baxmayaraq İranla əməkdaşlıq üzrə ittiham olunur. Hal hazırda Meng Wanzhou Kanadada ev dustaqlığı şəraitində yaşayır. Kanada məhkəməsi isə onun ABŞ-a ekstradisiyası məsələsini müzakirə edir.
        Öz işçilərinə Apple məhsullarından istifadəni qadağan etmiş şirkətin adı açıqlanmır. Lakin şirkətin özündə təsdiqləyiblər ki, şirkətin daxilində həqiqətən də Huawei-yə dəstək, Apple şirkətinə isə müqavimət proqramı yaradılıb. Apple məhsullarını istifadə edən işçilərə qarşı cəzaların tətbiq edilməsindən əlavə olaraq şirkət Huawei məhsullarından istifadə edəcək işçiləri mükafatlandırmaq qərarını da alıb. Məsələn adi işçi Huawei smartfonunu alsa, şirkət həmin işçiyə smartfonun qiymətinin 25%-ni, top menecer Huawei smartfonunu alsa, şirkət ona smartfonun qiymətinin 50%-ni qaytaracaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər