Huawei'yə görə Çində insanlar Apple şirkətini boykot edirlər

Huawei'yə görə Çində insanlar Apple şirkətini boykot edirlər

Texnologiya
20.05.2019 PAYLAŞIM

    ABŞ ilə ticarət müharibəsi nəticəsində Çində insanlar Apple şirkətinə qarşı boykot elan ediblər və digər insanları iPhone-ların yerinə yerli istehsalçının məhsullarına keçid etməyə çağırırlar. Bu barədə Buzzfeed saytına istinadən Gagadget saytı xəbər verib. ABŞ prezidenti Donald Trump, ABŞ-ın telekommunikasiya şirkətlərinə xaricdən olan təchizatların alışını qadağan edib. Belə ki, xarici şirkətlərin texnologiyaları ABŞ-ın milli təhlükəsizliyinə potensial təhlükə yarada bilər.

    Bundan əlavə olaraq ABŞ-da Huawei şirkətini qara siyahıya daxil etmək istəyirlər və ona xüsusi hökumət lisenziyası olmadan ABŞ şirkətlərindən təchizat alışını qadağan etmək niyyətindədirlər. Bu hadisələrdən sonra çinlilər Apple şirkətinə qarşı boykot elan ediblər və sosial şəbəkələrdə digər insanları bu şirkətin məhsullarından imtina etməyə çağırırlar. “Huawei smartfonlarındakı funksiyalar Apple iPhone-lardakı kimidir və hətta onlardan daha üstündür. Bizim, smartfonlar üçün bu cür yaxşı alternativimiz var. Bəs nəyə görə biz hələ də Apple smartfonlarından istifadə edirik?” - deyə istifadəçilərdən biri Çinin Weibo sosial şəbəkəsində bildirib.

    Bəzi istifadəçilər təkcə Apple şirkətini deyil həm də digər ABŞ şirkətlərini və o cümlədən prosessor istehsalı ilə məşğul olan Qualcomm şirkətini boykot edirlər. “Trump digər şirkətlərə Huawei-dən istifadəni qadağan edir. Elə isə biz də Apple-dan istifadə etməyək. Biz, Qualcomm-un istifadə etdiyi heç bir smartfonu almamalıyıq” - deyə istifadəçilər qeyd edirlər. Qeyd etmək lazımdır ki, bu cür hadisə keçən ilin sonunda da baş vermişdi. Həmin hadisənin mövzusu da ABŞ ilə Huawei arasındakı müharibə idi.

    Həmin vaxtda Çin şirkətləri öz əməkdaşlarını Apple cihazlarından imtina etməyə çağırırdılar. Bəzi şirkətlərdə bu, məcburi şəkildə tələb olunurdu. Beləliklə şirkətlər öz əməkdaşlarını Huawei cihazlarına keçid etmələrinə səsləyirdilər. Bu səbəbdən həmin şirkətlər öz əməkdaşları tərəfindən alınan Huawei cihazlarının vəsaitlərinin yarısını, bəzi hallarda isə tam hissəsini ödəyirdilər. Nəticədə 2018-ci ilin sonuncu rübündə Apple şirkətinin Çindəki satışları 20% aşağı düşmüş, Huawei şirkətinin satışları isə əksinə 25% yüksəlmişdi.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Huawei P40 və P40 Pro smartfonları eyni anda iki əməliyyat sistemi əldə edə bilə..

Huawei şirkəti HarmonyOS əməliyyat sistemini hələ avqust ayında təqdim etmişdi.


Samsung şirkəti yeni ekran dizaynının patentini aldı

Smartfon ekranının ön panelin çox hissəsini əhatə etməsi yolunda istehsalçılar ön kameranın yerləşdi..


Google'dan yeni naqilsiz Pixel Buds 2 qulaqlığı - QİYMƏTİ

Made by Google təqdimat tədbiri çərçivəsində Google şirkəti naqilsiz Pixel Buds 2 qulaqlıqlarını təq..


Google şirkəti Pixelbook Go adlı yeni noutbuk modelini təqdim etdi - QİYMƏTİ..

Google şirkəti Chrome OS əməliyyat sistemini inkişaf etdirməkdə davam edir. Beləliklə Made by Google..


Google Pixel 4 və Pixel 4 XL təqdim olundular - QİYMƏTİ

Made by Google tədbiri çərçivəsində Google şirkəti sonunda Pixel 4 və Pixel 4 XL smartfon modellərin..


Yeni iOS versiyası iPhone'larda ciddi problemlər yaradıb

Proqram təminatı yenilənməsi əvvəlki versiyanın zəif nöqtələrini aradan qaldırmaq üçün nəzərdə tutul..