
Huawei yeni Kirin prosessorunun istehsalına hazırlaşır
Elm & Texnologiya
25.07.2023
Emil
Huawei şirkətinin özünün Kirin prosessorlarını yenidən istehsal edəcəyi barəsində məlumatlar son zamanlarda internetdə tez-tez ortaya çıxırlar. İndi isə bu mövzu ilə bağlı yeni məlumat verilib. Verilmiş yeni məlumata əsasən Huawei yeni Kirin prosessorunun istehsalına hazırlaşır. Verilmiş məlumata inansaq, yeni Kirin prosessoru performans baxımından Snapdragon 778G-ni geridə qoyacaq, lakin Snapdragon 8+ Gen 1-dən daha aşağı səviyyədə olacaq.
Məlumatda qeyd edilib ki, yeni Kirin prosessorlarından biri AnTuTu bençmarkında 530 000 xal, digəri isə 1 milyon xal toplayır. Prosessorlardan biri artıq son hazırlanma mərhələsindədir və o, ortaq seqment smartfonlar üçün nəzərdə tutulacaq. Bununla yanaşı gözləntilərə əsasən kütləvi istehsalata start veriləndən sonra şirkət gün ərzində 32 000 ədəd prosessor istehsal edə biləcək. Yeni Kirin prosessorunun kommersiya məqsədli adı və texniki göstəriciləri hələ məlum deyil.
Paylaş
Bənzər xəbərlər