
Huawei yeni MatePad planşetini təqdim edib - QİYMƏTİ
Elm & Texnologiya
21.07.2023
Emil
Huawei şirkəti MatePad 11.5 (2023) adlı yeni planşetini təqdim edib. Sözügedən yeni planşet özündə performanslı prosessoru, böyük həcmli batareyanı, keyfiyyətli ekranı və stereo səsgücləndiriciləri birləşdirir. Beləliklə Huawei MatePad 11.5 (2023) planşeti 120 Hz-lik təsvir yenilənməsinə sahib 2200x1440 piksel keyfiyyətli 11.5 düym IPS ekranla təchiz olunub. Planşet Snapdragon 7 Gen 1 prosessoru vasitəsilə çalışır və özündə 6/8 GB RAM-ı, 128/256 GB daxili yaddaş həcmini və 20 vatt gücündə sürətli şarj texnologiyalı 7700 mAh enerji tutumlu batareyanı birləşdirir.

Kameralara gəldikdə isə MatePad 11.5 (2023) 13 MP-lik arxa kameraya və 8 MP-lik ön kameraya sahibdir. Planşetin gövdəsində 4 ədəd stereo səsgücləndirici mövcuddur. MatePad 11.5 (2023) HarmonyOS 3.1 əməliyyat sistemi vasitəsilə çalışır. Planşet artıq Çin bazarında satışa çıxıb. Onun digər regionlarda satılıb-satılmayacağı isə bilinmir. Planşetin Çin bazarındakı satış qiymətləri aşağıdakı kimidir.
- 6 GB RAM + 128 GB yaddaş - 236$
- 8 GB RAM + 256 GB yaddaş - 264$.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
