main-post-cover

    Huawei yeni rekord göstəricilərə doğru gedir

    Elm & Texnologiya
    25.10.2019
    Farid Pardashunas
        Biz hələ dünən xəbər vermişdik ki, Huawei şirkəti bu il artıq 200 milyon smartfon satışı göstəricisini əldə edib. Baxmayaraq ki, ilin bitməsinə hələ 2 ay var, şirkət bu 2 ay üçün olan planlarını açıqlayıb. Bu barədə Gizchina saytı xəbər verib. Şirkət təmsilçilərindən biri olan He Gang bildirib ki, şirkət bu il ümumilikdə 240-250 milyon smartfon satmağı planlaşdırır.
        Bura həm şirkətin öz smartfonları həm də Honor brendinin smartfonları daxildirlər. Yəni şirkətin yeni rekordu qırması üçün sadəcə olaraq 40-50 milyon smartfon satması lazımdır. İlin sonuna kimi qalmış 2 ay ərzində isə bu tamamilə mümkün bir şeydir. Şirkət ilk növbədə üstünlüyü Mate 30 flaqman seriyasına verir.
        Sözügedən smartfon seriyası hələ keçən ay təqdim olunmuşdu. Bu ay isə artıq 1 milyon Mate 30 satılıb. Ümumilikdə şirkət ilin sonuna kimi 10 milyon Mate 30 satmağı planlaşdırır. Şirkətin ilk qatlana bilən smartfonu Mate X-ə gəldikdə isə Huawei onun barəsində bir fikir bildirməyib. O sadəcə qeyd edib ki, şirkət hal hazırda bu məsələdə istifadəçilərin rəylərini və smartfona olan tələbatlarını müşahidə edir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər