Huawei yenilənmiş MateBook X Pro (2020) noutbuk modelini təqdim etdi - QİYMƏTİ

Huawei yenilənmiş MateBook X Pro (2020) noutbuk modelini təqdim etdi - QİYMƏTİ

Texnologiya
24.02.2020 PAYLAŞIM

    Öz təqdimat tədbiri çərçivəsində Huawei şirkəti MateBook X Pro noutbuk modelinin 10-cu nəsil Intel prosessoru əsasında hazırlanmış yenilənmiş versiyasını təqdim etdi. Yenilənmiş noutbuk modelinin əsas özəllikləri arasında Nvidia videokartı, yüksək çalışma müddəti və Android cihazlar arasında kontentin sinxronlaşdırılması funksiyası var. Beləliklə Huawei MateBook X Pro (2020) noutbuku 3000x2000 piksel keyfiyyətli 13.9 düym sensorlu LTPS ekranı əldə edib. Ekran noutbukun üst qapağının sahəsinin 91%-ni əhatə edir və sRGB rəng qammasının 100%-lik əhatəsini təmin edir.

    Bununla yanaşı noutbukun ekran ətrafı çərçivələri də çox nazikdirlər. Ön kamera isə klaviaturanın üst hissəsindəki düymələrdən birinə inteqrasiya edilib. Həmçinin noutbuk gövdəsinin üzərində barmaq izi skanı texnologiyası mövcuddur. İstifadəçi barmaq izi skanı texnologiyasından istifadə etməklə Windows Hello ilə noutbuku aktivləşdirə bilər. Əsas texniki göstəricilərə gəldikdə, MateBook X Pro (2020) modeli 4.9 GHz tezlikli 4 nüvəli Intel Core i7-10510U prosessoru ilə təchiz olunub. Noutbukun daha sadələşdirilmiş versiyası Intel Core i5 prosessoruna sahibdir.

    Noutbuk həmçinin 16 GB RAM və NVMe tərz 256/512 GB daxili yaddaş həcmi ilə təchiz olunub. Noutbukun daha yuxarı versiyası 1 TB daxili yaddaş həcminə sahibdir. Multimedia özəlliyi qismində 4 ədəd səsgücləndirici çıxış edir. Intel UHD-dən başqa noutbukun bəzi versiyaları GDDR5 standartlı 2 GB videoyaddaşlı Nvidia GeForce MX 250 videokartına sahibdirlər. İnterfeys girişləri qismində noutbukda 2 ədəd USB Type-C, 1 ədəd USB Type-A və 3.5 mm-lik audiogiriş var.

    Şirkətin verdiyi məlumata əsasən bir dəfə şarj olunandan sonra MateBook X Pro (2020) 12 saat video izləmə rejimində və 11.5 saat web surfing rejimində çalışa bilər. Noutbuk Windows 10 əməliyyat sistemi vasitəsilə çalışır və şirkətin ekosisteminə daxil olan smartfon modelləri ilə sinxronlaşdırmanı dəstəkləyir. Əsasən noutbuk vasitəsilə telefon zənglərinin yerinə yetirilməsi və kontentin redaktə olunması özəllikləri var. MateBook X Pro (2020)-nun satış tarixi şirkət tərəfindən daha sonra bildiriləcək. Onun qiymətləri isə aşağıdakı kimidir:

- Intel Core i5 + 16 GB RAM + 512 GB daxili yaddaş həcmi - 1499 avro

- Intel Core i5 + 16 GB RAM + 512 GB SSD + Nvidia diskret qrafikası - 1699 avro

- Intel Core i7 + 16 GB RAM, + 1 TB daxili yaddaş həcmi + GeForce MX 250 - 1999 avro.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Windows 10-a yeni funksiya əlavə olunacaq: Yeniliklər (What's New)

Microsoft, Windows 10-da əlavə edilən yeni funksiyaları istifadəçilərə göstərmək üçün Yeniliklər adı..


Android 11-də 'Davamlı Yenilənmələr' məcburi olacaq

Android 11 ilə birliktə Google, smartfon istehsalçılarına Davamlı Yenilənmələr funksiyasını məcburi ..


Samsung-dan yeni orta büdcəli Galaxy A21 smartfonu - QİYMƏTİ

Samsung şirkəti Galaxy A seriyasının daha bir orta büdcəli smartfon modelini təqdim edib.


MIUI 12-ni ilk əldə edəcək Xiaomi və Redmi smartfonlarının siyahısı internetdə o..

Çinin Weibo sosial şəbəkəsində MIUI 12 istifadəçi interfeysini ilk əldə edəcək Xiaomi və Redmi smart..


OnePlus 8 smartfonlarının Avropa bazarındakı qiymətləri ortaya çıxdı

OnePlus 8 Pro modelinin keyfiyyətli render fotoları ortaya çıxandan sonra məşhur insayder Roland Qua..


LG şirkəti gələcək smartfonlarının yeni dizaynını təqdim etdi

LG şirkəti bir neçə ildir ki, öz smartfonlarının dizaynlarını dəyişmir.