
Huawei öz əməliyyat sistemi üzərində çalışır?
Elm & Texnologiya
07.05.2017
Farid
Məşhur Çin şirkəti Huawei mobil cihazlar üçün nəzərdə
tutulmuş şəxsi sistem əməliyyatını hazırlayır. Məlumata əsasən layihəni Apple-ın
keçmiş dizayneri Abigail Brody idarə edir. O həmçinin hal-hazırda Huawei
Emotion UI smartfonunun Android sisteminin mükəmməlləşdirilməsi üzərində
çalışır. Deyilənə görə Huawei şirkətinin öz əməliyyat sistemini yaratmasında əsas
səbəb kimi nəzərə alınmamış hallar durur. Məsələn birdən Google Android
lisenziyası şərtlərini şirkət üçün qəbuledilməz edə biləcəyi kimi halları misal
gətirmək olar. Windows Mobile sisteminin uğursuzluğundan sonra Google faktiki
olaraq mobil cihazlar üçün əməliyyatlar sistemi bazarında monopolist rolunu
oynadı. Bir neçı müddət bundan öncə Avropa birliyi şirkəti öz tətbiqlərini və şərtlərini
istehsalçılara diktə edərək monopolistliyindən suistifadə etdiyi üçün sərt şəkildə
tənqid etmişdir. Qeyd edək ki, Androiddən asılılığı zəiflətmək üzrə tədbirləri
Samsung artıq çoxdan görür. O bunu öz əməliyyat sistemi Tizen-in (Linux əsasında
yığılmış açıq mənbəli koda sahib əməliyyat sistemi) köməkliyi ilə edir. Şirkət
Tizen əsasında bir neçə smartfon, kamera, televizor və Gear 2 ağıllı saatını
satışa çıxartmışdır. Buna baxmayaraq Samsung-un sistemi alıcılar və
istehsalçılar arasında böyük tələbata sahib deyil. Belə ki, Tizen əsasında
hazırlanmış tətbiqlər Android ilə nisbətdə çox azdır. Huawei çox keyfiyyətli
smartfonlar istehsal edir. Məsələn bu yaxınlarda şirkət Google üçün Nexus 6P
flaqman smartfonunu istehsal edib. Lakin sistem təminatından söhbət gedəndə Huawei
uğursuzluqlar ilə qarşılaşır. Məsələn EMUI 3.1 üst quruluşlu Honor 5X
smartfonunu klassik Android sistemindən uzaq olduğu üçün təndiq edirdilər.
Sözügedən smartfonun interfeysi də bir çoxlarının xoşuna gəlməmişdir. Söhbət əsnasında
Abigail Brody söz verib ki, bütün bu problemləri aradan qaldıracaq.
Paylaş
Bənzər xəbərlər