Logo
    main-post-cover

    "Huawei"dən yeni əməliyyat sistemi gəlir

    "Huawei”dən EMUI 5.1 gəlir!

    "Huawei”, Mobil Dünya Konqresi 2017 (MWC 2017) sərgisində təqdim edəcəyi yeni ağıllı telefonları ilə birlikdə yeni əməliyyat sisstemini də istifadəçilərə təqdim edəcək. 26 Fevral tarixində Mobil Dünya Konqresindən əvvvəl bir tədbirdə "Huawei”, yeni admiral gəmiləri P10P10 Plus-ı təqdim edəcək. Lakin bu hamısı deyil. Çünki şirkət, Android 7.0 Nougat əsaslı yeni əməliyyat sistemi EMUI 5.1-in də  təqdimatını edəcək. Şirkət bu yeni əməliyyat sisteminin xəbərini Huawei P10 və Huawei P10 Plus üçün bir neçə gündür yayımlanan teaser görüntülərinin axırıncısıyla etdi. EMUI 5.1-in EMUI 5.0 və Android 7.0 Nougat əsaslı bir əməliyyat sistemi olacağı xaricində hələki basqa bir məlumat yoxdur. Amma yenə də P10 və P10 Plus-ın birbaşa olaraq EMUI 5.1 yüklü olaraq satışa çıxacağını desək səhv etmiş olmarıq. EMUI 5.1 əməliyyat sistemi 26 Fevral tarixində təqdim olunduqdan sonra bütün detallarının da paylaşılacağı gözlənilir.
    Paylaş
    Bənzər xəbərlər