Huwei öz smartfonlarına 5G dəstəyini qeyri-adi üsul ilə geri qaytara bilər

Huwei öz smartfonlarına 5G dəstəyini qeyri-adi üsul ilə geri qaytara bilər

Texnologiya
14.03.2022 PAYLAŞIM

    Huawei şirkətinin yeni smartfonları yalnız LTE modemlər ilə təchiz olunurlar. Lakin insayderlərin verdikləri məlumata əsasən şirkət öz cihazlarında 5G dəstəyini qeyri-adi üsullar vasitəsilə bərpasını nəzərdən keçirdir. Çox güman ki, şirkət 5G şəbəkəsini dəstəkləyən texnologiyaları smartfonlar üçün nəzərdə tutulmuş xüsusi aksesuarlara inteqrasiya edə bilər. Bu cür aksesuarlara misal olaraq smartfon keyslərini gətirmək olar. Verilmiş məlumata əsasən Huawei şirkətinin indiki və gələcəkdəki smartfonları 5G şəbəkəsinə xüsusi keyslər vasitəsilə qoşula biləcəklər.


    Həmin keyslər isə öz növbələrində USB Type-C girişinə və əlavə təchizata sahib olacaqlar. Təəssüflər olsun ki, bu cür keyslərin sahib ola biləcəkləri texniki özəlliklər barəsində heç bir məlumat verilməyib. Gözləntilərə əsasən bu cür üsul vasitəsilə işə düşən 5G şəbəkəsinin effektivliyi birbaşa prosessorlara inteqrasiya edilən 5G modemlərin effektivliklərindən daha aşağı olacaq. Lakin buna baxmayaraq bu cür üsul smartfonlarda 5G şəbəkəsi dəstəyinin ümumiyyətlə olmamasından daha yaxşı olacaq. Smartfonlar üçün nəzərdə tutulmuş bu cür aksesuarların nə zaman və hansı qiymətə satışa çıxacaqları barəsində məlumat yoxdur. 



DAHA ÇOX


OPPO şirkəti MR Glass Developer Edition adlı qarışıq reallıq (AR + VR) cihazını ..

OPPO şirkəti Qualcomm ilə əməkdaşlıq çərçivəsində hazırlanmış MR Glass Developer Edition adlı qarışı..


Qualcomm-un yeni texnologiyası AR funksiyaları rahat şəkildə Android-ə inteqrasi..

Qualcomm şirkəti AR texnologiyalara həsr edilmiş konfrans çərçivəsində özünün bu sahə ilə bağlı hazı..


ASUS soyutma sisteminə sahib yeni monitorunu təqdim edib

ASUS şirkəti Computex 2023 sərgisi çərçivəsində əyilmiş dizaynda reallaşdırılmış ROG SWIFT OLED PG49..


WWDC 2023-də yenilənmiş Apple Mac Pro təqdim oluna bilər

5 iyun tarixində Apple şirkətinin WWDC 2023 konfransı start götürəcək.


Xiaomi-nin ilk elektromobilinin yeni real fotoları ortaya çıxıb

Xiaomi şirkəti aktiv şəkildə öz ilk elektromobili üzərində çalışmağa davam edir.


Qualcomm öz portativ oyun konsolunu hazırlaya bilər

İnsayderlərin verdikləri məlumata əsasən Qualcomm şirkəti bir neçə müddət bundan öncə Sony və Ninten..

×