main-post-cover

    Hyperloop ilə səyahət etmək bir sərnişin üçün neçəyə başa gələcək? (VİDEO)

    Elm & Texnologiya
    04.11.2017
    Farid Pardashunas
    “Virgin Hyperloop One” (Richard Branson-un bu şirkətə investisiya yatırmasından sonra onun adının önünə Virgin sözü artırıldı) şirkətinin rəhbəri Rob Lloyd bu nəqliyyat növünün ilk borusunun tikilməsini anons etdi.
    Bu barədə Futurism saytı xəbər verib. Lloyd-un sözlərinə əsasən bütün işlərə 2019-cu ildə start veriləcək və 2 il ərzində tikinti işləri sona çatdırılacaq. Buna baxmayaraq ilk Hyperloop-un harda tikiləcəyi barəsində Lloyd heç bir məlumat verməyib. Məlumata əsasən bu nəqliyyat növünün ilk olacağı potensial yer kimi ABŞ görünür. Belə ki, ABŞ-da əhalisi sıx olan şəhərlər arasındakı bu cür nəqliyyat sisteminin yaradılmasına tələbat var
    Lakin bu o demək deyil ki, bu səbəbdən ilk Hyperloop məhz ABŞ-da tikiləcək. ABŞ-ın yerinə Birləşmiş Ərəb Əmirlikləri, Şimali Avropa və ya Meksika ola bilər. Bundan əlavə olaraq Lloyd, Hyperloop-a olacaq biletin təqribi qiymət göstəricisini də qeyd edib. Onun sözlərinə görə Hyperloop sərnişinləri üçün bilet heç də baha olmayacaq. “Aralarında 50-60 km-lik məsafə olan iki şəhər arasındakı yol, sərnişinlərə təqribi olaraq 5$ qiymətinə başa gələcək” – Lloyd bildirib.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər