
Hyperloop layihəsinin ilk testi keçirildi (VİDEO)
Elm & Texnologiya
12.07.2017
Emil
“Hyperloop One” şirkəti, vakuum qatarları üçün nəzərdə tutulmuş xüsusi platformanın ilk testini keçirdib.
Test, 12 May tarixində keçirilsə də onun haqqında video
yalnız indi təqdim olunub. Nevadada yerləşən tuneldə keçirilmiş test
zamanı vakuum qatarlar üçün nəzərdə tutulmuş platforma saatda 112 km sürət yığa
bilib. Test yalnız bir neçə saniyə çəkib. Bundan əlavə olaraq şirkət, vakuum
qatarlar üçün nəzərdə tutulmuş sərnişin kapsullarının ilk xarici görünüşlərini
də təqdim edib. Həmin sərnişin kapsulunun uzunluğu 8.5 metrdir. Şirkət bildirib
ki, kapsullar həm sərnişin, həmdə yük daşımalarını səs sürəti ilə reallaşdırmaq
üçün nəzərdə tutulub. Növbəti test çərçivəsində şirkət həmin platformanın sürətini
saatda 400 km-ə çatdırmağı pölanlaşdırır. Tunelin daxilində kapsulun özünün nə
zaman test olunacağı hələki bilinmir.


Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
