main-post-cover

    Hyperloop nəqliyyatı test rejimində artıq bu il istifadəyə verilə bilər (VİDEO)

    Elm & Texnologiya
    23.01.2019
    Farid Pardashunas
        Bu cür bəyanatı Hyperloop Transportation Technologies şirkətinin rəhbəri Dirk Ahlborn verib və bu bəyanat gələcəyin vakuumlu qatarlar sahəsinin ən iddialı vədlərindən biridir. Artıq bu il Birləşmiş Ərəb Əmirliklərinin investorları vaxtı ikən Elon Musk tərəfindən təqdim edilmiş ideyanın Dirk Ahlborn-un şirkəti vasitəsilə necə reallaşdırılacağını görə biləcəklər. Beləliklə Hyperloop nəqliyyat növünün bu ilin sonunadək test istifadəsinə verilməsi vədi çox iddialıdır. Bu barədə Hightech.plus saytı xəbər verib.
        Bu nəqliyyat növünün texniki göstəricilərini əks etdirən konsept hələki yoxdur. Hyperloop Transportation Technologies şirkəti yalnız sözügedən nəqliyyat növündə hərəkət edəcək sərnişin kapsulunu sərgiləyib. Həmin vaxtda sərnişin kapsulunun ölçülərindən başqa heç bir texniki göstərici məlumatları verilməmişdi. Təqdimatdan sonra isə kapsul daha da təkmilləşdirilmək üçün zavoda göndərilmişdi. Məlumata əsasən məhz həmin kapsul bu il ilk sərnişinləri daşımalıdır.

        Bununla yanaşı məlumatda qeyd edilib ki, şirkət tədqiqatların sürətləndirilməsi üçün daha iki sərnişin kapsulunun hazırlanmasını sifariş verib. Davosda keçirilmiş Ümumdünya iqtisadi forumunda Dirk Ahlborn bildirmişdi ki, şirkət yaxın 3 il ərzində Birləşmiş Ərəb Əmirliklərində ilk kommersiya məqsədli Hyperloop xəttinin istifadəyə veriləcəyinə ümid edir. Qeyd etmək lazımdır ki, şirkət bu nəqliyyat növü üçün nəzərdə tutulmuş saatda 1200 km sürəti necə əldə edəcəyi və sərnişinlərin təhlükəsizliklərini necə təmin edəcəyi barəsində məlumat yoxdur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər