
Hyperloop vakuum qatarının yeni testi keçirildi. Qatar, saatda 310 km sürət yığdı (VİDEO)
Elm & Texnologiya
02.08.2017
“Hyperloop One” şirkəti özünün Hyperloop vakuum qatarının yeni testini keçirdib.
Bu dəfə test, müəyyən miqdarda vakuumun olduğu xüsusi tuneldə
keçirilib və test zamanı qatarı, saatda 310 km sürətə çatdırmaq mümkün olub.
Sözügedən test, 29 İyul tarixində keçirilib. Sərnişin kapsulu, daxilində müəyyən
miqdarda vakuumun olduğu 500 metr uzunluğunda olan tunelə yerləşdirilib. Məlumata
əsasən bu ilk testdir ki, Hyperloop qatarını, maqnit levitasiya vasitəsilə
saatda 310 km sürətə yüksəltmək mümkün olub. May ayında şirkət ilk dəfə maqnit
platformanın, tamamilə vakuum şəraitində tuneldə testini keçirtmişdi. Həmin
test zamanı sözügedən platforma, saatda 112 km sürət yığmışdı. Test zamanı şirkət,
sərnişin kapsulunun dizaynını təqdim etmiş və bildirmişdi ki, növbəti test
zamanı onlar həmin kapsulun sürətini saatda 400 km-ə çatdırmaq niyyətindədirlər.
Qeyd etmək lazımdır ki, 2013-cü ildə Elon Musk tərəfindən təqdim olunmuş
Hyperloop texnologiyasının konsepsiyasına əsasən qatarlar, saatda 1200 km sürət
yığa biləcəklər.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...