Reklam
Hyundai şirkəti N Vision 74 adlı yeni avtomobil konseptini təqdim edib (VİDEO)

Hyundai şirkəti N Vision 74 adlı yeni avtomobil konseptini təqdim edib (VİDEO)

Texnologiya
18.07.2022 PAYLAŞIM

    Hyundai şirkəti N Vision 74 adlı yeni avtomobil konseptini təqdim edib. Təqdim edilmiş yeni konsept avtomobil hibrid transmissiyaya 670 at gücünə sahibdir. Onun dizaynı isə əfsanəvi avtomobil dizayneri olan Giorgetto Giugiaro tərəfindən hazırlanıb. Bu şəxs BMW M1, Ferrari 250 GT, Bugatti Veyron DeLorean DMC-12 kimi əfsanəvi avtomobillərin dizaynlarını yaradıb. Məlumata əsasən N Vision 74-ün uzunluğu 495 sm, eni 133 sm, hündürlüyü isə 190.3 sm təşkil edir. Xarici görünüşcə konsept avtomobil “Back to the Future” film seriyası sayəsində əfsanəyə çevrilmiş DeLorean DMC-12-ni xatırladır. Belə ki, N Vision 74 də onun kimi iti kənar hissələrə və retro dizayna sahibdir.


    N Vision 74 özündə 800 vatt gücündə sürətli şarj texnologiyalı 62.4 kilovatt saat həcmli batareyanı birləşdirir. Avtomobildə olan hidrogen yanacaq elementi isə Hyundai tərəfindən indiyənə kimi yaradılmış ən innovasiyalı hidrogen yanacaq elementidir. Onun çəkisi cəmi 4.2 kq təşkil edir və onu bir neçə dəqiqə ərzində yanacaqla doldurmaq olar. Bundan əlavə olaraq məlumatda qeyd edilib ki, avtomobilin mühərrikinin maksimal fırlanma anı 900 Nm (Nyuton metr) təşkil edir. Avtomobilin digər texniki özəllikləri barəsində məlumat verilməyib. Qeyd etmək lazımdır ki, bu hələ ki, sadəcə olaraq bir konseptdir. Nəticədə bu cür avtomobilin satışa çıxıb-çıxmayacağı bəlli deyil.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Məşhur analitik Apple şirkətinin qarışıq reallıq cihazı haqqında yeni məlumatlar..

Analitikin sözlərinə əsasən şirkət il ərzində 1.5 milyon ədəd qarışıq reallıq cihazını satışa çıxart..


Apple M2 və M2 Pro prosessorlu Mac mini üzərində çalışır

Bloomberg saytının jurnalisti Mark Gurman Apple şirkətinin yeni Mac mini kompüteri barəsində məlumat..


Nothing şirkəti yeni məhsullarına işarə edən video təqdim edib (VİDEO)

Nothing şirkəti öz Youtube kanalında “What’s after Phone (1)?” adlı video təqdim edib.


Tesla Optimus robotunun əllərinin əks olunduğu tizer foto təqdim edilib

Tesla AI Day Part 2 tədbirinin keçirilməsinə az müddət qalmış şirkət insana bənzər Tesla Optimus adl..


BMW i4 eDrive35 adlı yeni elektromobilini təqdim edib - QİYMƏTİ

BMW şirkətinin ABŞ şöbəsi elektrikli i4 eDrive35 2023 sedanını təqdim edib.


OnePlus Nord Buds CE adlı yeni büdcəli naqilsiz qulaqlıqlar təqdim edilib - QİYM..

Artıq sabah OnePlus şirkəti OnePlus 10T flaqman smartfonunu təqdim edəcək. Lakin ondan öncə şirkət N..

×