main-post-cover

    IBM şirkəti biznes üçün səsli köməkçilər yaratmaq servisini təqdim etdi

    Elm & Texnologiya
    20.03.2018
    Farid Pardashunas
        IBM şirkəti Watson adlı səsli assistantların yaradılması üçün korporativ servisi təqdim edib. Beləliklə şirkət Alexa Siri ilə rəqabət aparmaq niyyətindədir. Şirkət tərəfindən təqdim edilmiş sistem istənilən şifrəli söz vasitəsilə aktivləşən özəl virtual köməkçilərin yaradılmasına imkan verir. Həmin səsli köməkçilər IBM şirkətinin öz məlumatları əsasında hazırlanıb. Bundan əlavə olaraq şirkət bildirib ki, rəqiblərdən fərqli olaraq Watson Assistant bütün istifadəçilər haqqında olan məlumatları bir yerdə saxlamır.
        Hər bir modifikasiya öz-özünə öz məlumat bazası ilə çalışır. IBM, səsli köməkçiləri White label modeli üzrə yaymağı planlaşdırır. Yəni digər şirkətlər həmin səsli köməkçiləri öz brendlərinin adı altında istifadə edəcəklər. Müştərilər isə texnologiyanın IBM-ə məxsus olduğunu bilməyəcəklər. Watson Assistant-ın beta-versiyasında iştirak etmək üçün IBM-in saytına daxil olmaq lazımdır. Qeyd etmək lazımdır ki, IBM-in səsli köməkçiləri artıq bir neçə şirkət tərəfindən test edilir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər