main-post-cover

    IBM şirkəti debatlar üçün olan süni zəkanı təqdim edib (VİDEO)

    Elm & Texnologiya
    20.06.2018
    Emil Nəcəfov
        San Fransiskoda keçirilən tədbirdə IBM şirkəti süni zəka sahəsindəki yeni yaratmış olduğu məhsul Project Debater-i təqdim edib. Bu alqoritm debat zamanı öz rəqibinin arqumentlərini analiz edərək öz arqumentlərini yaradır. Məlumata əsasən debat zamanı sözügedən sistem ilə İsraildən olan iki professional şəxs debat aparıb. Debat öncədən həm debatçılar həmdə alqoritm tərəfindən bilinməyən iki mövzu əsasında aparılıb.
        İştirakçılar dövlət tərəfindən kosmik proqramların subsidiyalaşdırılması və kompüterlər ilə telekommunikasiya vasitələrinin tibb sahəsində istifadəsinin vacibliyi mövzularında debatlarda iştirak ediblər. İzləyicilərin fikrincə birinci mövzu üzrə Project Debater öz rəqibini geridə qoyub. Belə ki, sistem kosmosun mənimsənilməsi üçün aktiv şəkildə investisiyaların vacibliyini vurğulayıb. Alqoritm öz fikrini onunla izah edib ki, kosmik proqramlardan olan potensial mənfəət, onun reallaşdırılması üçün xərclənmiş vəsaitləri üstələyir.

        İkinci mövzu zamanı isə sistem nasazlıqlar ilə qarşılaşıb və məntiqi arqumentlər ardıcıllığını qura bilməyib. İkinci mövzunun sonundakı çıxışında isə sistem öz rəqibini əsassız şəkildə yalançılıqda günahlandırıb. Layihənin yaradıcıları qeyd ediblər ki, yaradılmış sistemdə səhvlərin olması normaldır. Mühəndislərin sözlərinə əsasən şirkətin əsas məqsədi məlumatlara istinadən qərəzsiz arqumentləri ortaya qoymağı bacaran sistemi yaratmaqdır. 
    Linki kopyala