IBM şirkəti dünyanın ən kiçik kompüterini təqdim etdi
Elm & Texnologiya
19.03.2018
Emil Nəcəfov
Güclü kompüterlərin vacib bir mənfi
cəhətləri var. Onlar ölçü baxımından çox böyük olurlar. Lakin bu mənfi özəllik
yaxın gələcəkdə aradan qaldırıla bilər. Bu barədə IBM şirkəti xəbər verib. IBM
Think 2018 tədbiri çərçivəsində şirkət özünün də dediyi kimi dünyanın ən balaca
kompüterini təqdim edib. Duz dənəciyi ölçüsündə olan çip gücünə görə 1990-cı
ilin x86 adlı prosessorun hesablama gücünə bərabərdir. Günümüzdə isə bu cür
göstərici heç də çox deyil.
Şirkət rəsmilərinin sözlərinə görə bu kompüterin
istehsalı 10 sentdən az qiymətə başa gələcək və bir neçə yüz min tranzistordan
ibarət olacaq. Bu isə öz növbəsində həmin kompüterə məlumatların idarə
olunması, analizi və hətta emalı imkanlarını verəcək. Sözügedən kompüter
blockchain texnologiyası vasitəsilə çalışır. Əsasən o, tətbiqlərin blokları
üçün məlumat mənbəyi qismində çıxış edə bilər.
Kompüter hətta məlumatların
sıralanması kimi süni zəka bazası tapşırıqlarını da yerinə yetirə bilər. IBM-in
bildirdiyinə görə növbəti 5 il ərzində bu cür kiçik kompüterlər istənilən
cihazda olacaq. Bununla belə şirkət öz məhsulunun nə zaman irimiqyaslı
istehsalata yollanacağı barəsində məlumat verməyib. Şirkət mühəndisləri hələki
çipin prototipi ilə müxtəlif sınaqlar keçirdirlər.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!