
ICO-ya olan inamsızlıq. ICO-dan sonra şirkətlər ya pullarını itirir, ya da yoxa çıxırlar
Elm & Texnologiya
22.11.2017
ICO-nun təhlükəliyi barəsində dünya üzrə tənzimləyicilər, məmurlar və investorlar çox danışıblar.
Onların verdikləri bəyanatların
ümumilikdə mənası var. ICO həqiqətən də riskli investisiya formatıdır. Praktiki
cəhətdən də bu sübut olunur. Belə ki, bir neçə gün bundan öncə hackerlər “Tether”
adlı şirkətdən 30 milyon dollar dəyərində kriptovalyuta oğurladılar. Confido
adlı layihənin yaradıcıları isə ICO vasitəsilə 375.000$ vəsait yığaraq aradan
çıxdılar. “Tether” bildirib ki, o, hacker hücumuna məruz qalıb. Şirkətin rəhbərliyinin
sözlərinə əsasən kimliyi bilinməyə hacker 30 milyon dollar dəyərində tokenləri
oğurlayıb
Confido adlı blockchain layihəsinin yaradıcıları isə görünür ki,
pulları götürüb qaçıblar. Belə ki, onlar sosial şəbəkələrdə olmuş bütün hesablarını
silmiş və hamı ilə əlaqəni kəsmişlər. Bu iki hadisə bir-birinə heç bənzəmir.
Birinci halda da şirkət sahibləri hackerlərin qurbanı olublar. Lakin hər iki
halda investorlar eyni şəkildə zərər çəkib və eyni şəkildə qanunvericilik tərəfdən qorunmurlar. Bundan əlavə olaraq tam əminliklə demək olmaz ki, bu hacker hücumu
pul vəsaitlərinin ortadan qaldırılması üçün edilməyib.
Kriptovalyutalar və ICO
bazarı hələ də bütün dünya üzrə zəif şəkildə nizamlanır. Kriptovalyuta
ekosisteminin özünün anonimlik özəlliyini daşıması fonunda müxtəlif növ dələduzluq
üçün imkanlar yaranır. Məsələn bu ilin yay fəslində İsrailin CoinDash” adlı
.şirkətinin ICO-su zamanı hackerlrə investisiya vəsaitləri üçün nəzərdə tutulmuş
elektron portmanatın ünvanını dəyişmişdilər. Bu sadə dəyişiklik ona gətirib
çıxartdı ki, elektron portmanatın ünvanının dəyişildiyi məlum olanda 7.5 milyon
dollar vəsait kimliyi bilinməyən hackerə köçürülmüşdü.
Həmin vaxtda da mübahisələr
gedirdi ki, şirkətin yaradıcıları özləri bu hadisəni quraşdırıblar. Kriptovalyuta
investisiyaları və mübadiləsi ilə bağlı olan bütün sahələr artıq hacker
hücumları, buglar və dələduzluqdan zərər çəkiblər. Pul vəsaitlərini itirmək
üçün ICO-da iştirak etmək şərt deyil. Belə ki, bir neçə müddət bundan öncə Parity
adlı kriptovalyuta portmanatında 200 milyon dollar dəyərində efirlər
dondurulmuşdu.
Bənzər xəbərlər
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...