main-post-cover

    IFA 2017: 400 GB yaddaş həcminə sahib SanDisk microSD kartı təqdim olunub

    Elm & Texnologiya
    02.09.2017
    Emil Nəcəfov

    Hələ 10 il bundan öncə microSD kartların maksimal yaddaş həcmi 8 GB idi.

    İndi isə SanDisk-in yeni yaddaş kartı hesabına smartfonların yaddaş tutumunu 400 GB-a kimi yüksəltmək mümkün olacaq. Berlində keçirilən IFA 2017 tədbirində “Western Digital” şirkəti, SanDisk brendi adı altında 400 GB yaddaş həcminə sahib microSD kartı təqdim etdi. Sözügedən yaddaş kartı təkcə yüksək tutum  həcmi ilə fərqlənmir. O həmçinin A1 sürət səviyyəsinə sahibdir. Bu vasitə ilə tətbiqləri daha sürətli şəkildə yükləmək mümkündür. Kartın yaradıcıları bildiriblər ki, sözügedən yaddaş kartı vasitəsilə məlumatın ötürülməsi, saniyədə 100 Mbit sürətlə reallaşdırılacaq. Bu isə 1 dəqiqədə 1200 fotonun ötürülməsi deməkdir. 400 GB yaddaşa sahib yeni microSD kartların təqribi qiyməti 250$ təşkil edəcək.

    Linki kopyala