main-post-cover

    IFA 2017: 'Lenovo', rəsmi olaraq Moto X4 smartfonunu təqdim etdi

    Elm & Texnologiya
    31.08.2017
    Emil Nəcəfov

    Berlində keçirilən IFA 2017 tədbirində “Lenovo” şirkəti, Moto X seriyasının yeni modelini anons etdi.

    Yeni Moto X4, büdcəli smartfonlar seriyasına xas olan texniki göstəricilərə sahibdir. Beləliklə Moto X4, 5.2 inç Full HD ekran, 8 nüvəli Snapdragon 630 prosessoru, 3/4 GB RAM, 32/64 GB daxili yaddaş (2 TB-a kimi microSD dəstəyi), biri 12 MP, digəri 8 MP olmaqla ikili arxa kamera, 16 MP-lik ön kamera və 3000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun arxa paneli şüşədən ibarətdir. Onun ön hissəsində isə barmaq izi skanı yerləşir. Bundan əlavə olaraq smartfon, IP68 standartına uyğun olaraq sudan və tozdan qorunma özəlliyinə sahibdir. Qeyd etmək lazımdır ki, ikili arxa kameradakı 12 MP-lik obyektiv, adi, 8 MP-lik obyektiv isə 120 dərəcə bucaq görüntüsünə sahibdir. Moto X4, Amazon Alexa səsli assistantı ilə birlikdə satışa çıxarılacaq. Sistem əməliyyatı kimi isə Android 7.1 Nougat təqdim olunacaq. Moto X4, bu ay 475$ qiymətində satışa çıxacaq.

    Linki kopyala