
IFA 2017: 'Sony', iki flaqman və bir büdcəli smartfon modellərini təqdim etdi
Elm & Texnologiya
31.08.2017
Emil
Berlində keçirilən IFA 2017 tədbirində “Sony” şirkəti, iki flaqman və bir ədəd büdcəli smartfon təqdim etdi.

Hər iki flaqman model, 3D skan texnologiyiasına və yeni nəsil
Motion Eye kamerasına sahibdir. Təqdim olunmuş büdcəli smartfon Xperia XA1 Plus,
alüminiumlu kənar çərçivələrə sahibdir. Cihaz, 5.5 inç Full HD ekran, Mediatek
Helio P20 prosessoru, 4 GB RAM, 32 GB daxili yaddaş, 23 MP-lik arxa, 8 MP-lik
ön kamera və 3430 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Smartfonun
arxa kamerası, F2.0 optikasına sahib olduğu üçün o, az işıqlı mühitdə keyfiyyətli
fotolar çəkməyə qadirdir. 8 MP-lik ön kamera isə genişbucaqlı 23 mm-lik
obyektivə sahibdir. Bu büdcəli modeldə olan Smart Cleaner funksiyası isə işlədilməyən
tətbiqləri deaktiv etmək və keşi təmizləmək üçün yarayır. Smartfon, Android 8.0
Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Xperia XA1 Plus, bu ilin payız fəslində
satışa çıxacaq.

Xperia XZ1 haqqında məlumatlar və onun fotoları daha öncə də
sızdırılmışdı. Bu modelin korpusu dözümlü metaldan hazırlanmışdır. Bundan əlavə
olaraq smartfon IP65/IP68 standartlarına uyğun olaraq sudan və tozdan qorunmaya
da sahibdir. Onun ekranı isə Corning Gorilla Glass 5 şüşəsi vasitəsilə qorunur.
Texniki göstəricilərinə gəldikdə isə Xperia XZ1, 5.2 inç Full HD ekran,
Snapdragon 835 prosessoru, Adreno 540 qrafik gücləndiricisi, 4 GB RAM, 64 GB
daxili yaddaş, saniyədə 960 kadr çəkən 19 MP-lik arxa kamera, 13 MP-lik ön
kamera və 2700 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Bundan əlavə
olaraq bu model vasitəsilə 4 rejim üzrə skan etmək mümkündür. Baş hissənin
skanı, üz hissənin skanı, yeməklərin skanı və azad şəkildə skan. Xperia XZ1 də
Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq və o, Oktyabr ayında
770$ qiymətində satışa çıxacaq.

Flaqman modelin kompakt versiyası olan Xperia XZ1 Compact,
4.5 inç HD ekran, Snapdragon 835 prosessoru, Adreno 540 qrafik gücləndirici, 4
GB RAM, 32 GB daxili yaddaş, saniyədə 960 kadr çəkən 19 MP-lik Motion Eye arxa
kamera, 8 MP-lik ön kamera və 2700 mAh enerji tutumlu batareya ilə təchiz
olunub. Bu model də Android 8.0 Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq.
Qeyd etmək laızmdır ki, kompakt versiyanın ekranı da Corning Gorilla Glass 5
şüşəsi qoruyur. Xperia XZ1 Compact da Oktyabr ayında satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
