main-post-cover

    iFixit mütəxəssisləri Galaxy Fold ekranının əsas problemini aşkar ediblər

    Elm & Texnologiya
    26.04.2019
    Farid Pardashunas
        iFixit saytının mütəxəssisləri qatlana bilən Galaxy Fold smartfon modelini hissələrə ayırıblar və smartfonun əsas mənfi cəhəti barəsində xəbər veriblər. Qeyd etmək lazımdır ki, Galaxy Fold-un ekranında yaranmış problem səbəbilə smartfonun satışları bütün dünyada təxirə salınıb. Bu barədə Macdigger saytı xəbər verib. iFixit mütəxəssisləri güman edirlər ki, Samsung şirkəti sözügedən smartfonun qatlanma mexanizminin təkmilləşdirilməsinə o qədər diqqət ayırıb ki, onun əsas problemini gözdən qaçırdıb.

        Söhbət, smartfonun OLED ekranının qatlanan hissəsində qalan 7 millimetrlik açıq boşluqdan gedir. Həmin açıq boşluğa toz və daha kiçik detallar daxil ola bilir. Bu isə öz növbəsində smartfon ekranını zədələyə bilir. Bunu həmçinin Samsung şirkətinin bir neçə müddət bundan öncə verdiyi bəyanat da təsdiqləyir. Belə ki, həmin bəyanatda qeyd olunmuşdu ki, ekranın açıq hissələrinə toz hissəciklərinin təsiri nəticəsində jurnalistlər smartfon ekranı ilə bağlı problemlər yaşayıblar. Bununla yanaşı iFixit mütəxəssisləri Galaxy Fold smartfonunun təmir olunma mümkünlüyünü 10 xaldan 2 xal ilə qiymətləndiriblər.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər