main-post-cover

    iFixit saytı iPad 2018-in təmir olunma mümkünlüyünü yoxladı

    Elm & Texnologiya
    04.04.2018
    Farid Pardashunas
        iPad 2018 modelinin daxili komponentlərinin yığılması tərzi əvvəlki modellərdəkinə bənzəyir. Lakin iFixit mütəxəssislərinin sözlərinə əsasən çoxlu sayda kleydən istifadə, cihazın təmirini əvvəlki kimi çətinləşdirir. Beləliklə iFixit mütəxəssisləri narazıdırlar ki, Apple şirkəti cihazın daxili komponentlərinin saxlanması üçün aşırı dərəcədə kleydən istifadə edir.

        Planşetin hissələrə ayrılması zamanı kleyin yumşalması üçün xüsusi maddədən istifadə etmək lazım gəlib. iPad 2018 modelinin daxilində A10 adlı yeni prosessor və Apple Pencil ilə çalışmaq üçün nəzərdə tutulmuş iki ədəd Broadcom çipi yerləşdirilib. Bununla belə yeni modeldə hələ də iPad Air 2-nin batareyasından istifadə olunub. Çoxlu sayda kleyin ucbatından batareyanın dəyişdirilməsi prosesi çox qəlizdir. Pro versiyadan fərqli olaraq adi iPad modelində şüşə və ekran ayrı-ayrı elementlərdir.

        iFixit mütəxəssisləri qeyd ediblər ki, bu, alıcılar üçün müsbət cəhətdir. Belə ki, bu halda zədələnmiş ekranı dəyişmək daha ucuz başa gələcək. Lakin servis işçiləri üçün bu hal mənfidir. Belə ki, kleydən əlavə olaraq ekran və şüşə bir-birilə yapışqan lentlə birləşdirilib. Cihazın hissələrə ayrılması zamanı həmin lentin çıxarılması, ekranın zədələnmə riskini artırır. Nəticə etibarilə iPad 2018 modelinin təmir olunma mümkünlüyü iFixit mütəxəssisləri tərəfindən 10 xaldan 2-nə layiq görülüb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər