
İki əkiz qardaş iPhone X-in Face ID texnologiyasını aldatmağa çalışdı (VİDEO)
Elm & Texnologiya
31.10.2017
Emil
Mashable saytının jurnalistləri yeni satışa çıxacaq iPhone X-in Face ID texnologiyası üçün əsl sınaq testi hazırladılar.
Belə ki, onlar Face ID
texnologiyasını əkiz insanların üzərində yoxlayaraq həmin sistemin
çaşıb-çaşmayacağını yoxlamaq istədilər. Qeyd etmək lazımdır ki, iPhone X-in təqdimatı
zamanı şirkət rəsmiləri Face ID texnologiyasının təhlükəsizliyi barəsində bir
xeyli danışaraq bildirmişdilər ki, bu sistemin səhv etmə ehtimalı milyonda birə
bərabərdir.
Bununla yanaşı şirkət bildirmişdi ki, 13 yaşından aşağı və əkiz şəxslərdə
Face ID texnologiyasından istifadədə problemlər yarana bilər. Təcrübə üçün
Mashable saytı iki əkiz insanı dəvət etdi. Hər iki halda dəvət olunmuş şəxslər
bir-birilərinə çox bənzəyirdilər. Hətta onlar bildirmişdilər ki, onların
dostları və hətta ailə üzvləri də onları səhv salırlar. Beləliklə onlar öyrənmək
istəyirdilər ki, Face ID texnologiyası onları ayırd edə biləcək yoxsa yox.
İlk
öncə qardaşlardan biri öz üzünü qeydiyyatdan keçirtdi və smartfonu əkizinə
ötürdü. Əkiz qardaş öz üzü ilə smartfonu blockdan çıxarmaq istəyən zaman Face
ID həmin əkizin öz sahibi olduğunu təyin edərək telefonu aktiv hala gətirdi.
Beləliklə əgər sizin əkiz yaxınınız varsa və əgər sizin smartfonunuzda gizli məlumatlar
yerləşibsə, onda ən yaxşısı adi şifrə sistemindən istifadə etməkdir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

ABŞ ordusu zirehli texnika əvəzinə dronlara üstünlük verəcək
