
İki ekranlı Microsoft Surface Duo smartfonunun ortaya çıxmış texniki özəllikləri heç diqqət çəkmir (VİDEO)
Elm & Texnologiya
16.05.2020
Emil
Keçən il Microsoft şirkəti iki ekrana sahib qatlana bilən Surface Duo adlı Android smartfonu təqdim edən zaman onun texniki özəllikləri barəsində dəqiq məlumatlar verməmişdi. Şirkətin bu məlumatları hansı səbəbə görə vermədiyi məlum olmasa da, yeni məlumat sızıntısından da görmək olar ki, Surface Duo smartfonu indiki zamana əsasən orta səviyyəli texniki özəlliklərə sahibdir. Bu barədə GSMarena saytı xəbər verib. Verilmiş yeni məlumata əsasən tam açıq şəkildə smartfonun qalınlığı 4.8 mm, qatlanmış şəkildə isə 9.6 mm təşkil edir.
Smartfon 1800x1350 piksel keyfiyyətli iki ədəd 5.6 düym AMOLED ekran ilə təchiz olunub. Prosessor qismində isə Snapdragon 855 çıxış edir. Smartfonun RAM göstəricisi indiki zamana görə belə bir smartfon üçün orta səviyyədədir. Söhbət, 6 GB RAM göstəricisindən gedir. Daxili yaddaş həcmi isə 256 GB-dır və smartfon microSD dəstəkləmir. Məlumatda qeyd edilib ki, Surface Duo smartfonu 3460 mAh enerji tutumlu batareyaya sahibdir. Bu isə müasir smartfonlar üçün heç də yüksək batareya həcmi deyil.
Nəzərə alsaq ki, smartfon iki ekrana sahibdir, 3460 mAh enerji tutumlu batareya ümumiyyətlə çox azdır. Smartfon f/2.0 diafraqmalı bir ədəd 11 MP-lik kameraya sahibdir. Bununla yanaşı smartfonda barmaq izi skanı tenxologiyası olsa da, onda NFC modul və sürətli şarj texnologiyası yoxdur. Güman olunur ki, Surface Duo Android 10 əməliyyat sistemi vasitəsilə çalışacaq və Android 11-ə kimi yenilənəcək. Smartfonun sistemi isə iki ekran ilə eyni anda çalışmaq üçün optimizasiya ediləcək. Surface Duo bu ilin sonuna kimi satışa çıxmalıdır. İstisna deyil ki, həmin vaxta kimi Microsoft şirkəti onun texniki özəlliklərində dəyişiklik etsin.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
