
İki gündə 50.000$-dan çox yardım alan ağıllı biləklik
Elm & Texnologiya
07.05.2017
Farid
LVL adı verilən dünyanın ilk geyilə bilən
hidratasiya monitoru, Kickstarter-də böyük bir yeniliyə imza atıb. Vücudunuzun
70%-i sudan təşkil olunub. Buna görə də bədənimizdə suyu tənzimləmək vacib rol
oynayır. Kickstarter-də başladılan yardım kompaniyası ilə dünyanın ilk geyilə
bilən hidratasiya monitoru istehsal olunacaq.
Dünyanın ilk geyilə bilən monitoru
LVL adı verilən cihaz əslində ağıllı
saatdan çox da fərqlənmir. Amma işin detalına enəndə əslində fərqli olduğunu
görmək mümkündür. Belə ki, LVL hidratasiya dəyərləri də daxil olmaqla tam olaraq
6 fərqli yaşam funksiyası haqda bizə daimi məlumat verir. Bunlara nəbz, yuxu,
günlük rejim, kalori və s. kimi göstəricilər daxildir. Qalan xüsusiyyətlərin
hamısı hidratasiya ölçüləri ilə uyğun şəkildə irəlləyir və sizə bədəninizin
ehtiyacları haqda məlumat verir. Məsələn, avtomotik yuxu vaxtınız təyin olunur
və oyandıqda LVL-dən nə qədər suya ehtiyacınız olduğu haqda məlumat verilir. Bu
yenilik xüsusilə idmançılar üçün vacib xarakter daşıyır. Belə ki, siz aktiv bir
işlə məşğul olsanız onda bu ağıllı biləklik anlıq olaraq ölçmələrinizi aparır və
sizin vücudunuzun nəyə ehtiyacı olduğunu sizə söyləyir.
50.000$-lıq hədəfini tezliklə tamamlayan bu
yaradıcı cihaz bu müddətdə 700% yardım alaraq, 400.000$ toplamaya nail ola bilib. 40
günlük kompaniya müddətində sadəcə ilk iki gündə belə bir uğur qazanmaq bu biləkliyə
nə qədər çox ehtiyac olduğunu ortaya çıxarır. Sağlam yaşayışı hədəfləyən
proyektə belə bir dəstəyin olması sevindirici haldır.
Paylaş
Bənzər xəbərlər