Logo
    main-post-cover

    İki iPhone 2019 modelinin maket fotoları ortaya çıxdı

        Çinin Weibo adlı sosial şəbəkəsində bu il təqdim olunacaq iPhone modellərindən ikisinin maket fotoları ortaya çıxıb. Bu barədə Gagadget saytı xəbər verib. Çox güman ki, ortaya çıxmış fotolardakı maketlər iPhone XIiPhone XI Max modellərinə aiddir. Fotolardan da görmək olar ki, təqdim olunacaq iPhone modellərindən ikisi də ekran üzərində çıxıntı hissəyə sahib olacaq. Bununla yanaşı ortaya çıxmış fotolar onu da təsdiqləyirlər ki, bu ilki iPhone modelləri üçlü arxa kamera ilə təchiz olunacaqlar. Çox güman ki, birinci kamera əsas, ikinci kamera teleobyektiv, üçüncüsü isə 3D ToF və ya genişformatlı kamera modulu olacaq. Smartfonlar öz aralarında ekran ölçülərinə görə fərqlənəcəklər.

    Bənzər xəbərlər

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...

    İki iPhone 2019 modelinin maket fotoları ortaya çıxdı | Technote