main-post-cover

    İki şəxs, 48 saat ərzində fasiləsiz virtual reallıqda oldu (VİDEO)

    Elm & Texnologiya
    08.06.2017
    Emil Nəcəfov

    İki britaniyalı tədqiqatçı fasiləsiz şəkildə 48 saat virtual reallıqda olublar.

    Bu bütün təhlükəsizlik qaydalarının pozulmasıdır. Lakin onlar bu təcrübəni, virtual reallıqdan istifadə vaxtının sərhədini genişləndirmək üçün keçirdiblər. Məlum olub ki, VR, ağrını kütləşdirir və səhər tezdən VR cihazla birlikdə yuxudan oyananda və görəndəki ətraf mühit dinozavrlardan ibarətdir, onda insan bunun real olmasına inanır. VR cihazların özlərinin təhlükəsizlik qaydaları mövcuddur. Məsələn avtomobildə səyahət edən zaman onlardan istifadə etmək qadağandır. Əsasən də VR cihazdan müəyyən müddət istifadə edəndən sonra bir qədər fasilə vermək lazımdır. Lakin Londonun “Brandwidth” adlı şirkətindən olan Dean Johnson təcrübə aparmaq qərarına gələrək 48 saat ərzində VR cihazdan istifadə edib. Yəni o, VR cihazı istifadə edərək yemək yeyib, yatıb və işləyib. Keçən il o bu cür təcrübəni aparmışdı. Lakin həmin müddətdə təcrübə 24 saat çəkmişdi. Bu dəfə isə o, təcrübənin müddətini 2 dəfə uzadıb. Bu təcrübənin aparılmasında ona Koventri Universitetindən olan Sarah Jones da qatılıb. Təcrübə iştirakçıları hər saat yalnız 5 dəqiqəlik fasilələr veriblər.
    Qeyd etmək lazımdır ki, bu təcrübə hansısa VR cihazı istehsalçısı üçün nəzərdə tutulmuş marketinq üsulu deyil. Dean Johnson-un sözlərinə əsasən bu məsələdə tamamilə əks reaksiya olub. Bir çox VR cihaz istehsalçıları sözügedən təcrübədə iştirak etmək istəməyiblər. “Onlar elə düşünürdülər ki, biz öləcəyik” – deyə Dean bildirib. Təcrübənin ən maraqlı anlarından biri, tatu salona getmək olub. Məlum olub ki, virtual reallıq, Dean-nin fikrini o dərəcədə özünə çəkib ki, tatunun vurulması zamanı Dean, ağrını çox az miqdarda hiss edib. Bundan əlavə məlum olub ki, insan, VR cihazla birlikdə səhər yuxudan oyananda və görəndəki onun ətrafında dinozavrlar və ya digər maraqlı obyektlər var, onda insan beyni ilk öncə bunun real olduğunu düşünür. Təcrübə iştirakçıları onu da qeyd ediblər ki, uzun müddət VR cihazdan istifadə müəyyən fəsadlarsız nəticələnməyib. Belə ki, təcrübənin bitməsindən sonra bir neçə gün ərzində Dean, ətraf mühiti dəqiqliklə görməkdə çətinlik çəkib və uzun müddət VR cihazın istifadəsi nəticəsində onun burun nahiyəsi ağrıyıb.

    Linki kopyala