main-post-cover

    İki süni zəka üzərində cinsi əlaqə sorğuları aparılıb

    Elm & Texnologiya
    21.12.2017
    Farid Pardashunas
    Otaqo və Yeni Zelandiya Universitetlərinin tədqiqatçıları “Google” ilə “Apple” şirkətlərinin səsli köməkçilərinə cinsi əlaqə barəsində suallar verib və onların cavablarını müqayisə ediblər.
    Bu barədə Motherboard saytı xəbər verib. Tədqiqatçılar istifadəçiləri ən çox narahat edən mövzuları tapmaq üçün İngiltərənin milli səhiyyə xidmətinin saytındakı seksual sağlamlıq bölməsinə göndərilmiş sorğu bazasından istifadə ediblər. Alimlər əmindirlər ki, insanlar öz problemləri barəsində həkimlərdən soruşmaqdan utanırlar və buna görə də onlar çox güman ki, səsli köməkçilərə və axtarış sistemlərinə üz tuturlar. Onlar yoxlamaq istəyiblər ki, Siri Google Assistant bu vəziyyətdə özlərini necə göstərəcəklər. Tədqiqatın aparıcı rəhbəri Nick Wilson bildirib ki, nəticələr gözləniləndən daha yaxşı olub və hər iki səsli köməkçi sorğulara nufuzlu mənbələrin məlumatları ilə cavab veriblər. Əsas problemlərdən qeyd olunanlar siyahısında bildirilib ki, Siri bəzi anlarda deyilən sözü anlamayıb və ya ümumiyyətlə suala cavab verməyib. Ən yaxşı cavabları isə Google Assistant verib. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər