main-post-cover

    İki təşkilat Huawei şirkəti ilə əməkdaşlığı bərpa edib

    Elm & Texnologiya
    30.05.2019
    Emil Nəcəfov
        Huawei smartfonlarının istehsalı ilə məşğul olan Flex şirkətindən sonra digər şirkətlər də Huawei ilə əməkdaşlıqlarını bərpa etməyə başlayıblar. Anidən iki təşkilat Huawei şirkətini özlərinin partnyorlar siyahısına geri qaytarıb. Bu barədə Gizmochina saytına istinadən 4pda saytı xəbər verib. Qeyd etmək lazımdır ki, keçən həftə yaddaş kartlarının standartlarını təyin edən SD Association və məlumatların naqilsiz ötürülməsi texnologiyasının inkişafı ilə məşğul olan Wi-Fi Alliance təşkilatları Huawei şirkəti ilə əməkdaşlıqlarını dayandırmışdılar.

        İndi isə Huawei şirkəti hər iki təşkilatın saytındakı siyahıya yenidən əlavə olunub. Heç istisna deyil ki, SD Association ilə Wi-Fi Alliance təşkilatları bunu müəyyən müddətlik ediblər. Belə ki, ABŞ hökuməti şirkətə 90 günlük lisenziya təqdim edib. Həmin 90 gün ərzində şirkət ABŞ regionunda öz fəaliyyətini davam etdirə bilər. Lisenziyanın müddəti 19 avqust tarixində başa çatacaq. Yəni bu iki təşkilat yalnız həmin 90 günlük lisenziya çərçivəsində şirkət ilə əməkdaşlığı bərpa etmiş ola bilər. Qeyd etmək lazımdır ki, şirkət artıq ABŞ regionunda fəaliyyətinə qadağanın qoyulası məsələsi ilə ABŞ məhkəməsinə müraciət edib.
    Linki kopyala