main-post-cover

    İki yeni GoPro kamera modelinin ilk fotoları ortaya çıxdı

    Elm & Texnologiya
    16.08.2019
    Farid Pardashunas
        Photo Rumors saytında sentyabr ayında satışa çıxacaq GoPro Hero 8 ilə GoPro Max 360 action kamera modellərinin ilk fotoları ortaya çıxıb. Bu barədə Digger.ru saytı xəbər verib. Ortaya çıxmış fotolardan da görmək olar ki, GoPro Hero 8 modeli əlavə kənar mikrofon, işıqlandırma sistemi və ekranın qoşulması üçün ayrıca modul ilə təchiz olunur.

        Məlumata əsasən Hero 8 modeli saniyədə 120 kadr sürətlə 4K video və saniyədə 480 kadr sürətlə Full HD video çəkə biləcək. Hələ ki, məlum deyil ki, kənar komponentlərin qoşulması üçün nəzərdə tutulmuş ayrıca modul daha öncəki GoPro modellərinə inteqrasiya edilə biləcək yoxsa yox. GoPro Max 360 modelinə gəldikdə isə o, 2017-ci ildə satışa çıxmış GoPro Fusion 360 kamera modelini əvəz edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər