Logo
    main-post-cover

    İKTA: 4 ayda radio avadanlıqları üzrə 350 müraciətə baxılıb

        İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən cari ilin yanvar–aprel aylarında radio avadanlıqları ilə bağlı 350 müraciət qəbul edilib. Bu müraciətlər üzrə ümumilikdə 16 237 ədəd avadanlıq araşdırılıb.
        Technote.az xəbər verir ki, baxılan müraciətlər əsasında 8 539 ədəd avadanlığa xüsusi icazə verilib. 96 ədəd avadanlıq üzrə isə icazə verilməsindən imtina olunub.
        Eyni zamanda 7 553 ədəd avadanlıq üçün xüsusi icazənin tələb olunmadığı müəyyən edilib. 4 müraciət üzrə isə aidiyyəti qurumların rəyləri gözlənilir.
        Aparılan araşdırmalar nəticəsində 284 ədəd avadanlıq üzrə verilmiş icazələr ləğv edilib. Qərarlar normativ hüquqi aktlara uyğun şəkildə icra olunub.
        Bundan əlavə, sürətli poçt xidməti üzrə 91 müraciət qiymətləndirilib. Nəticədə 85 ünvana müsbət rəy verilib, 6 müraciət isə təsdiqlənməyib.
    Paylaş
    Bənzər xəbərlər