Logo
    main-post-cover

    İKTA: Operator və provayderlərdə şəxsi kabinet və elektron sistemlər yetərli deyil

        İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) operator və provayderlərin elektron sistemlərini təhlil edib.
        Technote.az xəbər verir ki, araşdırma abunəçilərlə operativ əlaqə imkanlarını əhatə edib.
        Məlum olub ki, bəzi operator və provayderlərdə elektron informasiya sistemləri mövcud deyil. Bəzi hallarda şəxsi kabinet ya yoxdur, ya da funksional şəkildə işləmir.
        İKTA bildirir ki, məlumatlandırma və müraciətlərin operativ cavablandırılması üçün bu mexanizmlər vacibdir. Bu sistemlər xidmət keyfiyyəti və istehlakçı hüquqlarının qorunmasına birbaşa təsir edir.
        Qanunvericiliyə əsasən, abunəçilərin xidmətlər barədə dolğun məlumat almaq və müraciətlərinə vaxtında cavab əldə etmək hüququ var. Müasir telekommunikasiya xidmətləri şəffaf və izlənilə bilən kommunikasiya imkanlarını da əhatə etməlidir.
        Bu məqsədlə operator və provayderlərə rəsmi saytlar, şəxsi kabinetlər və elektron müraciət sistemləri yaratmaq tövsiyə olunur. İKTA bu istiqamətdə tədbirləri davam etdirir.
        Agentlik istifadəçilərə problem yarandıqda əvvəlcə provayderə müraciət etməyi tövsiyə edir. Zərurət olduqda mygov platformasındakı “E-Şikayət” xidməti vasitəsilə onlayn şikayət göndərmək mümkündür.
    Paylaş
    Bənzər xəbərlər