
İlk 'ağıllı' geyim növü təqdim edildi (VİDEO)
Elm & Texnologiya
01.08.2017
Emil
Project Kino adlı yeni texnologiya, insan bədəni üzərində hərəkət edən kiçik və “ağıllı” robotlar sayəsində geyimlər üçün bəzək hazırlamağa imkan verir.
Keçən il Massaçusets Texnologiya İnstitutu, maqnit vasitəsilə
paltarların üzərində hərəkət etməyi bacaran kiçik robotları təqdim etmişdi. Nəticədə
onlara uyğun tətbiq sahəsi tapıldı. Söhbət, paltarların bəzədilməsindən gedir.
Robotlara, paltarın dəbinə uyğun olan müxtəlif rəngli korpuslar yerləşdirdilər.
Beləliklə onlar, paltar üzərində hər zaman hərəkətdə olan bəzək elementinə
çevrildilər. Bununla yanaşı robotlar, məxməri parçanın üzərində də naxışlar
yarada bilirlər. Bundan əlavə olaraq robotlar təkcə paltarları bəzəməklə
qalmır, həmdə insana yardım edə bilirlər. Məsələn onlar insanın üzərində olan
geyimin arxa hissəsində olan başlığı, effektiv şəkildə aşağı sala və yaxud
onlardan biri, insanın baş hissəsinə yaxınlaşsa, onda mikrofon qismində çıxış
edə bilərlər. “Biz, daşına bilən cihazları öz şəxsi köməkçilərimiz kimi hesab
edirik. Biz düşünürük ki, gələcəkdə onlar öz zəkalarına sahib olacaqlar və
sizin vərdişləriniz ilə professional dəbinizi öyrənəcəklər. Onların ölçüləri
kiçiləndə isə onlar sizin geyim tərzinizə yaraşacaqlar” – deyə Project Kino
texnologiyasının yaradıcılarından biri qeyd edib. Hal hazırda robotların ölçülərinin
bir qədər böyük olması səbəbilə onları, istənilən insan üçün bəzək elementi
kimi istifadə etmək olmur. Belə ki, onlar çox böyükdürlər və nəzərə çarpırlar.
Lakin indidən bu texnologiya çox cəlbedici görünür.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Azercell-in eksklüziv tərəfdaşlığı ilə “Bakı Marafonu 2025” baş tutdu
