main-post-cover

    İlk çərçivəsiz Xperia modellərinin fotoları sızdırıldı

    Elm & Texnologiya
    09.12.2017
    Emil Nəcəfov
    Gizchina saytı Sony Xperia seriyasının anonsu olmamış ilk çərçivəsiz modellərinin fotolarını təqdim edib.
    Şirkətin məlum olmayan ilk modeli şirkətə xas olan düzbucaqlı dördbucaq formaya sahibdir və onun ucları itidir. Həmçinin arxa paneldə üfüqi şəkildə yerləşdirilmiş ikili arxa kamera var. Aşağı hissədə isə barmaq izi skanı yerləşdirilib. İkinci model bu seriya üçün tam fərqli dizayna sahibdir. Belə ki, onun kənarları dairəvi formadadır. İkinci modelin də arxa panelində ikili arxa kamera yerləşir. Lakin ikinci modelin arxa kameraları qəribə şəkildə yerləşdirilib və onların arasında ikili işıqlandırma sistemi var.

    Smartfonun arxa panelində barmaq izi skanı yoxdur. Həmçinin ön paneldə Home düyməsi də nəzərə çarpmır. Əgər onun barmaq izi skanı varsa, onda onun harda yerləşməsi barədə suallar yaranır. Məlumata əsasən hər iki smartfon 5.7 inç 4K ekran, Snapdragon 845 prosessoru və 6 GB RAM ilə təchiz olunacaq. Onların hər ikisi də Android 8.0  Oreo əməliyyat sistemi vasitəsilə çalışacaq. Çox gümanki yeni smartfonlar Yanvar ayında keçiriləcək CES 2018 və ya Fevral ayında keçiriləcək MWC 2018 tədbirində anons olunacaqlar.

    Linki kopyala